DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

TÜRKİYƏ İRAN LİDERLƏRİ REGİONAL MƏSƏLƏLƏRİ MÜZAKİRƏ EDİBLƏR

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İrannın dövlət başçısı İbrahim Rəisi arasında  telefon danışığı baş tutub. “Sputnikinformasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb. Açıqlamaya əsasən, görüşdə Türkiyə-İran münasibətləri İsrail təhlükəsizlik qüvvələrinin Əl-Əqsa məscidində keçirdiyi əməliyyat da daxil olmaqla, regional məsələlər müzakirə edilib.

Bununla yanaşı, Ərdoğan telefon danışığı zamanı İsrailin Fələstində, xüsusilə Əl-Əqsa məscidində hücumlarına qarşı İslam dünyasının birləşməsinin vacibliyini vurğulayıb.

Eyni zamanda, yeni zorakılıq dalğasının qarşısını almaq üçün sağlam düşüncənin üstünlük təşkil etməsinin lazım olduğunu vurğulayan Türkiyə lideri, bütün tərəfləri sağlam düşüncəyə yönəltmək üçün təşəbbüslər göstərməyin faydalı olacağını diqqətə çatdırıb. Məlumat üçün qeyd edək ki, Türkiyə prezidenti ilə İranın dövlət başçısı arasında telefon danışığı aprelin 7- xüsusən İsrail-Fələstin qarşıdurmasının güclənməsi fonunda reallaşıb.

 

DÜNYAYA UKRAYNADAN İXRAC EDİLƏN MƏHSULLARIN HƏCMİ AÇIQLANIB

İndiyədək 27 milyon tona yaxın qida məhsualları, o cümlədən buğda Ukrayna limanlarından dünyaya daşınıb”. “Reportagentliyinin verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu aprelin 7- Ankarada rusiyalı həmkarı Sergey Lavrovla birlikdə keçirdiyi mətbuat konfransında çıxışı zamanı bəyan edib. Türkiyəli diplomatın sözlərinə görə, qida məhsullarının xüsusilə kasıb ölkələrə daşınması ilə ərzaq böhranının qarşısını almaq mümkündür.

Eyni zamanda, Mövlud Çavuşoğlu bildirib ki, qida məhsullarının dünyaya daşınması ilə bağlı sazişin yerinə yetirilməsi davam etməlidir.

Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi ötən il fevralın 24-dən başlayıb. Nəticədə Ukrayna taxılının dünya bazarına çıxarılması mümkünsüz olub. 2022-ci ilin iyul ayında İstanbulda Türkiyə, Rusiya, Ukrayna BMT arasında Ukrayna taxılının dünya bazarına daşınması üzrə saziş imzalanıb.

 

SİLAHLI ŞƏXS RUSİYANIN MÜDAFİƏ NAZİRLİYİNƏ BASQIN EDİB

Moskvanın mərkəzində silahllı şəxs  Rusiya Müdafiə Nazirliyinin əsas binasına daxil olmağa cəhd edib. “Teleqraf.comun verdiyi xəbərə görə, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Şahidlərin sözlərinə görə, vəziyyəti qeyri-adekvat olan şəxs tapança ilə nazirliyin ərazisinə girməyə cəhd göstərib. Bildirilir ki, silahlı şəxs ucadan qışqıraraq, ətrafa hədələr yağdırıb.

Məlumata əsasən, şübhəli dərhal tutulub, üzərindəki pnevmatik tapança götürülüb. Baş verən insidentin təfərrüatları hələlik məlum deyil. Eyni zamanda, hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir. Saxlanılan şəxs barəsində xırda xuliqanlıq maddəsi ilə protokol tərtib edilib. O, müayinə üçün psixiatriya şöbəsinə göndərilib.

 

YAPONİYA KXDR-ə QARŞI SANKSİYALARIN MÜDDƏTİNİ DAHA iki il UZADIB

Yaponiya hökuməti Şimali Koreyaya qarşı birtərəfli sanksiyaların müddətini iki il uzadıb. “Trendagentliyinin verdiyi xəbərə görə, bunu cümə günü mətbuat konfransı zamanı Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Hirokadzu Matsuno bəyan edib.

Nazirlər Kabinetinin bugünkü iclasında Şimali Koreyaya qarşı sanksiyaların iki il müddətinə uzadılması qərara alınıb”, - deyə baş katib vurğulayıb.

Hirokadzu Matsuno qeyd edib ki, müvafiq qərar BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının zəruriliyi baxımından da qəbul edilib. Bununla yanaşı, baş katibin sözlərinə görə, Yaponiya hökuməti beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq edərək, Pxenyanın nüvə raket proqramı probleminin, eləcə KXDR kəşfiyyatı tərəfindən oğurlanmış Yaponiya vətəndaşlarının probleminin həlli istiqamətində fəaliyyətini davam etdirəcək.

 

UKRAYNA İLƏ BAĞLI MƏXFİ HƏRBİ SƏNƏDLƏR MEDİAYA SIZIB

ABŞ NATO-nun gözlənilən əks-hücum əməliyyatından əvvəl Ukrayna ordusunu təchiz etmək planının təfərrüatları olan məxfi hərbi sənədlər mediaya sızıb. “Teleqraf.comun xəbərinə görə, bu barədəThe New York Timesqəzeti Evdəki mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, hazırda Pentaqon sızmanın arxasında kimin ola biləcəyini araşdırır. Nəşr qeyd edib ki, ABŞ hökuməti sənədləri dərhal yığışdırmaq üçün çalışsa da, bunu edə bilməyib.

Eyni zamanda, qeyd edilir ki, sənədlərdə hərbi əməliyyat üçün konkret planlar - Ukraynanın necə, vaxt haradan hücuma keçəcəyi barədə məlumat yoxdur. Bununla belə, sənədlərdə Silahlı Qüvvələrin martın 1- qədər olan ehtiyacları barədə məlumat əks olunub. Təhlilçilər nəşrə bildiriblər ki, sənədlərin bəziləri orijinal görünür, eləcə burada Rusiyaya silah qoşunların çatdırılması qrafikləri, yeni yaradılmış Ukrayna bölmələrinin sayı digər hərbi detallar barədə dəyərli məlumatlar var.

Nəşr həmçinin vurğulayıb ki, “tam məxfiqrifli sənəddə martın 1- münaqişənin vəziyyəti ilə bağlı məlumatlar yer alır.

 

TÜRKİYƏNİN DAHA BİR BÖLGƏSİ TERRORÇULARDAN TAMAMİLƏ TƏMİZLƏNİB

Türkiyənin hüquq-mühafizə təhlükəsizlik qüvvələriEren Abluka Sonbahar Kış-5” antiterror əməliyyatı çərçivəsində ölkənin Hakkari şəhərinin Alandüz bölgəsində xüsusi əməliyyat keçirib. Bu barədəReportagentliyi Türkiyə mətbuatına istinadən məlumat yayıb. Bildirir ki, nəticədə PKK terror qruplaşmasının rəhbər şəxslərindən olanAlişer intikamkod adlı Emrah Arpak məhv edilib, 1 terrorçu ələ keçirilib.

Məlumata əsasən, bununla da Alandüz bölgəsi terrorçulardan tamamilə təmizlənib. Türkiyənin daxili işlər naziri Süleyman Soylu qeyd edib ki, zərərsizləşdirilən terrorçu beynəlxalq axtarışda olub. “Hakkarinin Alandüz ərazisi terrorçulardan tamamilə təmizləndi. PKK-nınkomandiri”, axtarışda olan terrorçu gizləndiyi mağaraya təşkil etdiyimiz əməliyyat nəticəsində zərərsizləşdirilib. Halal olsun qəhrəmanlarımıza”, - deyə Süleyman Soylu vurğulayıb.

 

İLON MASKIN STARLİNKPEYKLƏRİ DÜŞMƏYƏ BAŞLAYIB

“SpaceX” şirkətinə məxsusStarlink V2 Mini” 30062 nömrəli peyki  bir neçə gün öncə Kaliforniya sahilləri üzərində Yer atmosferinə daxil olub. “Trendagentliyinin məlumatına görə, kiçik cihazın atmosfer qatına giriş zamanı yandığı güman edilir.

Verilən xəbərə görə, martın 16-da orbitə göndərilən bu peyklərdən bəzilərinin hündürlük itkisi yaşadığı bildirilmişdi.

İlon Mask açıqlamasında missiya nəzarətinin vəziyyətdən xəbərdar olduğunu, “V2 Minipeyklərinin yeni bir texnologiya olduğunu bəzi problemlərin artıq gözlənildiyini qeyd edib. Bildirilir ki, göndərilən peyklərin bir qismi qəsdən orbitdən çıxarılacaq, qalanları isə Beynəlxalq Kosmik Stansiyadan yuxarı qaldırılacaq.

Digər tərəfdən, bu mini peyklərin məqsədiStarlinkpeyk internetinin hərəkətdə istifadəsini asanlaşdırmaq bəzi əhatə dairəsi boşluqlarını doldurmaqdır. “SpaceXnəhayət bu peykləri yeni nəsil tam ölçülüStarlink V2” peykləri ilə əvəz edəcək, lakin ikinci nəsil peyklər daha ağır olduğu üçün onları orbitə çıxarmaq üçün bir az zamana ehtiyac var. Ona görə indikiFalcon 9” raketi onları orbitə çıxarmaq üçün kifayət qədər gücə malik deyil.

Hazırladı:

Vamiq ABBASOV,

Respublika”.