İtaliya, Fransa və Almaniya Qırmızı dənizə birgə hərbi missiya göndərəcək
Dünya xəbərləri

İtaliya, Fransa və Almaniya Qırmızı dənizə birgə hərbi missiya göndərəcək

İtaliya, Fransa və Almaniya Qırmızı dənizə birgə hərbi missiya göndərəcək.

"Respublika" xəbər verir ki, məqsəd husilərin Qırmızı dənizdə beynəlxalq ticarətə təsir edən hücumlarının qarşısını almaq, ticarət gəmilərinin müdafiəsini gücləndirməkdir. İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi bu məqsədlə Fransa və Almaniyanın müvafiq nazirlikləri və qurumları ilə danışıqları davam etdirir. İtaliya tərəfi hərbi missiyanın göndərilməsində qəti qərarlıdır.

Qeyd edək ki, Avropa İttifaqına üzv ölkələrin nazirləri bu gün Xarici Əlaqələr Şurasında husilərin hücumu nəticəsində Qırmızı dənizdə beynəlxalq ticarətin ləngiməsini, eləcə də genişləndirilmiş və mümkün qədər böyük sayda iştirakçı ilə hərbi missiya planını müzakirə edəcəklər. Bu, Avropa İttifaqı tarixinin ən mühüm birgə əməliyyatlarından biri olacaq. Missiya BMT-nin Dəniz Hüquqları Konvensiyasına uyğun fəaliyyət göstərəcək və müdafiə xarakterli olacaq.