Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalında iştirak etdiyim üçün çox şadam. Festivalda çox gözəl atmosfer var. Azərbaycan xalqı çox qonaqpərvər xalqdır. Biz burada özümüzü çox rahat hiss edirik.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında italiyalı kulinar Elio Bevilaqua söyləyib.
İşğaldan azad olunmuş Şuşa şəhərində beynəlxalq festivalların keçirilməsinin şəhərin dirçəlməsi üçün çox gözəl imkan olduğunu vurğulayan qonaq deyib: "Ümid edirik ki, bu cür önəmli tədbirlər davamlı olaraq keçiriləcək və ölkənizin milli-mənəvi dəyərləri Azərbaycan xalqının mədəniyyət paytaxtında dünya ictimaiyyətinə təqdim ediləcək".
AZƏRTAC