“Kəpəz”in “Araz-Naxçıvan”la keçirəcəyi yoxlama oyunu ləğv edilib
İdman

“Kəpəz”in “Araz-Naxçıvan”la keçirəcəyi yoxlama oyunu ləğv edilib

“Kəpəz” futbol klubunun çempionatın ikinci hissəsinə hazırlıq çərçivəsində “Araz-Naxçıvan”la keçirəcəyi yoxlama oyunu ləğv edilib.

Klubdan “Respublika”ya verilən məlumata görə, komandalar arasında matçın məkanı ilə bağlı razılıq əldə olunmadığından oyun baş tutmayacaq.

Yoxlama görüşü üçün rəqib axtarışına çıxan “sarı-göylər” I divizionda çıxış edən “İmişli” ilə anlaşıb.

Bu rəqiblə matç yanvarın 15-də Gəncədə oynanılacaq.