Kişi voleybolçular arasında Azərbaycan çempionatında ikinci finalçı bəlli olub
İdman

Kişi voleybolçular arasında Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

Kişi voleybolçular arasında Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib.

"Respublika" xəbər verir ki, “Murov Az Terminal” həlledici raunda vəsiqə qazanıb.

Komanda yarımfinal mərhələsinin ikinci matçında "Neftçi"ni 3:0 (25:20, 25:21, 25:19) hesabı ilə üstələyib. İlk görüşdə də eyni hesab qeydə alınmışdı.

“Murov Az Terminal” finalda “Azərreyl”lə üz-üzə gələcək.