Bu səfərdən çox təsirləndim, bütün ərazilər məhv edilib. Bu, mənə çox acı hisslər yaşatdı.
Bunu AZƏRTAC-a açıqlamasında İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri bildirib.
Səfir əminliklə qeyd edib ki, Azərbaycan dövlətinin Zəfərdən sonra Qarabağda apardığı bərpa-quruculuq işləri sayəsində tezliklə bölgə yenidən canlanacaq, insanlar öz evlərinə qayıdacaqlar. O zaman hər şey yaxşı olacaq.
“İşğaldan azad edilmiş rayonların bərpası üçün İtaliya ilə Azərbaycan arasında xeyli sayda müqavilə imzalanıb. İtaliya şirkətləri bu bölgədə tikinti-quruculuq işlərini həyata keçirməyə hazırdırlar”, - deyə diplomat vurğulayıb.
AZƏRTAC