Kompleks becərmə davam etdirilir
Bölgələr

Kompleks becərmə davam etdirilir

Cari mövsümdə Kürdəmir rayonunda 2515 hektar sahədə pambıq yetişdirilir. Hazırda əkin sahələrində üçüncü kompleks becərmə işləri aparılır. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elşən Cəbrayılovun verdiyi məlumata görə, becərmə işlərinə 30-dək texnika, yüzlərlə işçi qüvvəsi cəlb olunub. Fermerlər bütün sahələrdə aqrotexniki tədbirləri, kultivasiya, suvarma, xəstəlik ziyanvericilərə qarşı mübarizə tədbirlərini davam etdirirlər. Artıq birinci vegetasiya suvarması yekunlaşıb, ikinci vegetasiya suvarmasına başlanılıb.

Direktor onu da əlavə edir ki, pambıq sahələrinin hazırkı vəziyyəti bol məhsul olacağından xəbər verir. Mütəxəssislər cari mövsümdə hektardan 30 sentner məhsul götürə biləcəkləri qənaətindədirlər.

Bir çox sahələrdə, o cümlədən Qarasu, Şilyan, Muradxan, Qarabucaq kəndlərində əkin sahələrindən daha çox qızılməhsulu gözlənilir.

T.HÜSEYN,

Respublika”.