Konstitusiya Məhkəməsi Plenumu Şəki Apellyasiya Məhkəməsinin müraciəti əsasında qərar qəbul edib
Digər xəbərlər

Konstitusiya Məhkəməsi Plenumu Şəki Apellyasiya Məhkəməsinin müraciəti əsasında qərar qəbul edib

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda Şəki Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu maddəsinin həmin Məcəllənin 38, 145.1.6- 146.1-1-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyekt Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati hərbi qanunvericilik şöbəsinin, mütəxəssis Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq elmləri doktoru S.Əliyevin rəyini işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.9-cu 529.1-ci maddələrinə uyğun olaraq, müvafiq inzibati xəta haqqında protokol qanunvericiliklə müəyyən edilmiş müddətdə tərtib olunmadıqda nəticədə inzibati məsuliyyətə cəlbetmə müddəti keçdikdə, həmin Məcəllənin 38.1-ci, 53-ci 109.2-ci maddələrinə əsasən, üzrə icraata xitam verilir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci ya 529.2-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edilə bilmədikdə onun barəsində qəbul olunmuş inzibati cərimə növündə tənbeh tətbiqetmə haqqında qərar üzrə məcburi icra tədbirləri davam etdirilir. Şəxsin inzibati cərimə növündə tənbeh tətbiqetmə haqqında qərarın icra edilməməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb edilməsi istisna olunur.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.