Laçın sakini: 30 ildir həsrət qalmışdıq bu torpaqlara
MÜSAHİBƏLƏR

Laçın sakini: 30 ildir həsrət qalmışdıq bu torpaqlara

Bu gün çox həyəcanlıyam. Hətta yolda təzyiqim qalxdı, həkimlər yardım etdilər. 30 ildir Laçından ayrılmışıq, həsrət qalmışdıq bu torpaqlara. Onda 30 yaşımda idim, indi isə 60 yaşım var. Uşaqlarım ailəlidirlər, bu yerləri ilk dəfə görürlər.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bu gün Laçına köçən şəhər sakini Kifayət Həsənova söyləyib.

"Allah Prezidentimizə cansağlığı versin ki, bizi vətənimizə qaytardı. Böyük tikinti-quruculuq işləri gedir. Laçın çox dəyişib, çox müasir olub, ürəyimizcədir. Evimizin açarlarını da götürdük. Çox gözəl, müasir üslubda tikilmiş evlərdir", - deyə o əlavə edib.