LAÇIN tarixiliklə müasirliyin vəhdətində yenidən qurulan şəhər
Region

LAÇIN tarixiliklə müasirliyin vəhdətində yenidən qurulan şəhər

"Mən isə həmişə deyirdim ki, Laçın, Kəlbəcər Şuşa Azərbaycana qayıtmasa, heç bir razılaşma ola bilməz. Mənim mövqeyim xarici ölkələrdə bir çoxlarını qıcıqlandırırdı... Əgər hətta bir il bundan əvvəl bəziləri bizə deyirdilərsə ki, siz mövcud olan reallıqla barışın, bu gün mən deyirəm, hər kəs mövcud reallıqla barışmalıdır". Bu sözlər qətiyyətli, sözü imzası qədər keçərli olan Qalib Ali Baş Komandanın öz doğma xalqına həm bir hesabatı idi.

Bəli, Azərbaycan lideri xalqımızın dövlətçilik tarixinə hər zaman öyünəcəyi, qürurlanacağı möhtəşəm Zəfər Gününü yazdı. Dövlətimizin gücünü, qüdrətini, xalqımızın vətənpərvərliyini bütün dünyaya nümayiş etdirdi. 2020-ci il sentyabrın 27- Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq məqsədilə Ali Baş Komandan İlham Əliyevin əmri ilə başlanan əks-hücum əməliyyatında 30 il işğal altında qalan ərazilərimiz azad olundu. 44 gün davam edən İkinci Qarabağ müharibəsində şanlı ordumuzun rəşadəti, şücaəti sayəsində oktyabr ayının 4- Cəbrayıl, 17- Füzuli, 20- Zəngilan, 25- Qubadlı rayonu, noyabr ayının 8- isə Şuşa şəhəri işğaldan azad edildi. Yenilməz Azərbaycan Ordusu Şuşa şəhərinin ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü. Qəhrəman Azərbaycan əsgərinin qarşısında tab gətirməyən erməni silahlıları döyüş meydanında bayraq qaldırdı. Azərbaycan Rusiya prezidentləri, Ermənistan baş naziri tərəfindən imzalanan üçtərəfli Bəyanat düşmənin kapitulyasiyası oldu. Bəyanatı imzalayarkən Ermənistan üzərinə götürdüyü öhdəliyə əsasən Ağdam, Kəlbəcər Laçın rayonlarını hərbi əməliyyatlarsız öz sahibinə qaytardı.

Laçın rayonu 1992-ci il mayın 18- Şuşa şəhərinin Turşsu ərazisindən Ermənistan istiqamətindən hücuma keçən düşmən tərəfindən işğal edilmişdi. Şuşadan düz 10 gün sonra Laçın rayonunun işğal altına düşməsi strateji nöqteyi-nəzərdən ölkəmiz üçün çox böyük məğlubiyyət idi. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi, diplomatik məharəti sayəsində vətənimizin bu gözəl guşəsi, çox böyük strateji əhəmiyyətə malik olan Laçın rayonu 2020-ci il dekabr ayının 1- təhvil verildi.

Düşməndən geri alınan bütün ərazilərimizdə inkişaf, bərpa dövrü başlayıb. Azərbaycan dövləti güclü iradə, əzm nümayiş etdirərək dağıdılmış şəhərləri, kəndləri bərpa edir, keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş rayonlarımıza qısa müddət ərzində qaytarılması üçün böyük addımlar atır.

Şəhər kəndlərin bərpası ilə yanaşı, yeni avtomobil dəmir yollarının, həmçinin yeni hava limanlarının tikintisi aparılır. Mühüm coğrafi mövqeyə malik olan Laçın rayonunda da bir sıra strateji infrastruktur layihələrin əsası qoyulmuş, təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq, generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınmışdır. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.

Murov dağından Laçın şəhərinə qədər tikilən tunellərin uzunluğu 17,5 kilometrdir. Ümumilikdə, 12 tunelin arasında uzunluğuna görə ən böyük Murovdağ tuneli 12 kilometrdir. Eyni zamanda, dördzolaqlı Qubadlı-Laçın yolunun da inşasına başlanılıb. Şəhərin hələ 1980-ci ildə tərtib edilmiş Baş planına əlavələr edilməklə Laçın müasir standartlar əsasında, müasirliklə tarixiliyin vəhdətində yenidən qurulur.

Ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunda səfərdə olarkən "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Laçın şəhərində inşa ediləcək 110/35/10 kV-luq "Laçın" Qovşaq Yarımstansiyasının təməlqoyma mərasimində iştirak etmişdir. Laçın şəhərinin ətraf kəndlərin ölkəmizin ümumi enerji sisteminə qoşulması, eyni zamanda dayanıqlı fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi məqsədilə inşa olunan yarımstansiyanın ümumi gücü 80 meqavatamperdir qovşaq funksiyasını daşıyır. Həmçinin, strateji əhəmiyyəti olan yarımstansiyada müasir mikroprosessor tipli rəqəmsal idarəetmə, mühafizə avtomatika sistemləri, sabit dəyişən cərəyan qurğuları, 35 kV-luq 10 kV-luq qapalı paylayıcı qurğularla təchiz olunmuş İdarəetmə Mərkəzi, ən müasir avadanlıqlardan ibarət 110 kV-luq açıq paylayıcı qurğu yaradılacaq, işçi heyət üçün xüsusi yataqxana korpusu tikiləcək.

Uzunluğu 76,3 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolu mühüm əhəmiyyətə malikdir. Kəlbəcər Laçın rayonlarını birləşdirən bu avtomobil yolu 2, 3 4 hərəkət zolaqlı olmaqla, birinci, ikinci üçüncü texniki dərəcələrə uyğun olaraq inşa edilir. Yolun ilk 38 kilometrlik hissəsində suların ötürülməsini təmin etmək məqsədilə ümumi uzunluğu 3348 metr olan 60 dairəvi boru, həmçinin zəruri yerlərdə ümumi uzunluğu 1038 metr olan 9 avtomobil körpüsünün inşası nəzərdə tutulur. Başlanğıcını Kəlbəcər rayonunun Qamışlı kəndindən götürən Kəlbəcər-Laçın avtomobil yolu Laçın rayonunun ərazisindən keçməklə bu rayonların bir çox yaşayış məntəqələri, rayon mərkəzi ilə yanaşı, Laçın Beynəlxalq Hava Limanına da rahat gediş-gəlişi təmin edəcək.

Dünya tarixində dağ relyefində ilk dəfə olaraq Laçın rayonunun Qorçu kəndində hava limanının tikintisi aparılır. Dəniz səviyyəsindən ən hündürdə yerləşən Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına töhfə verməklə bərabər, həm işğaldan azad olunmuş ərazilərimizdə bütün növ, o cümlədən ağır yük təyyarələrini qəbul edə biləcək. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq. Prezident İlham Əliyev çıxışlarında Laçında hava limanının açılmasının iqtisadi baxımdan böyük əhəmiyyət kəsb etdiyini beynəlxalq statuslu bu hava limanının xarici turistlərin gəlməsinə geniş imkanlar yaratmaqla ölkəmizdə turizm potensialını daha da artıracağını vurğulamışdır. Dövlət başçısı ADA Universitetində keçirilən "Cənubi Qafqaz: İnkişaf əməkdaşlıq" mövzusunda beynəlxalq konfransda Laçın hava limanının 2024- ilin sonunda açılacağına əminliyini ifadə etmişdir. Ümumiyyətlə, Füzuli, Zəngilan Laçın hava limanlarının tikilməsi Qarabağın inkişafında böyük rol oynamaqla, bu rayonların strateji əhəmiyyətini artıracaq.

Ötən il 26 avqust tarixində Laçın şəhəri ilə birlikdə Zabux Sus kəndləri işğalçılardan azad edildi. Ölkə başçımızın göstərişinə əsasən ilk növbədə Laçın şəhəri, Zabux Sus kəndlərinə Böyük Qayıdış reallaşacaq. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev 2022-ci il sentyabrın 21- Laçın şəhərində Azərbaycan Bayrağını ucaldarkən deyib: "Laçın şəhəri, Zabux kəndi, Sus kəndi, ilk növbədə, yenidən qurulacaq. Əminəm ki, biz buna tez bir zamanda nail olacağıq. Çünki Vətən müharibəsindən sonra bu günə qədər keçən dövr ərzində gördüyümüz işlər - genişmiqyaslı quruculuq bərpa işləri göstərir ki, biz öz diyarımızı, Vətənimizi öz hesabımıza bərpa edirik edəcəyik".

Laçın yolunun başlanğıcında nəzarət-buraxılış məntəqələrinin yaradılması İkinci Qarabağ müharibəsindən sonra mühüm hadisədir. Bu il aprelin 23- Laçın yolunun başlanğıcında postun quraşdırılması Azərbaycanın təkcə Ermənistandan gələn strateji quru yolunda deyil, həm Qarabağda suverenliyini təsdiq edir.

Ərazisi 1800 kvadratkilometr olan Laçına qayıdacaq sakinlərin rahatlığını təmin etmək üçün ilk olaraq yeraltı kommunikasiyalar qurulur, şəhərdaxili su, elektrik, qaz, rabitə xətləri çəkilişinin tamamlama işləri aparılır. Eyni zamanda şəhərin içməli su ilə təminatı üçün artezian quyuları 9 ədəd su anbarı deposu, 3 ədəd yağış sularının toplanma deposu, 1 ədəd çirkab sularının təmizlənməsi qurğusunun tikintisinə başlanılıb. Yeraltı kommunikasiya işləri yekunlaşandan sonra eni 10-12 metr olacaq səhərdaxili yollar asfaltlanacaq. Torpaq sürüşməsinin qarşısının alınması üçün evlərə girişlərdə yol girişlərində istinad divarları tikiləcək. Hazırda Laçın şəhərində təmirəyararlı 500-dən artıq fərdi yaşayış evi yenidən qurulur. Bütün bunlarla yanaşı, yaşıllıq zonalarının, parkların salınması da nəzərdə tutulub. Əhalinin rahat gediş-gəlişi üçün Xudafərin-Qubadlı-Laçın avtomobil yolunda da inşaat işləri aparılır. Erməni işğalı zamanı ekoloji terrora məruz qalan Laçında yaşıllıq zonalarının bərpa olunması istiqamətində işlər aparılır. Əhəmiyyətli coğrafi mövqedə yerləşən rayonda turizmin inkişafı üçün şərait yaradılır. Həmçinin, şəhər ərazisində məscid idman sağlamlıq kompleksi tikiləcək. Bir sözlə, bu gün Laçın şəhəri yenidən qurulur. Rayonun bərpası ölkəmizdə digər iqtisadi rayonların da inkişafına öz töhfəsini verəcək.

Mehparə ƏLİYEVA,

"Respublika".