Latviya musiqisinin sədaları
Region

Latviya musiqisinin sədaları

Latviya səfirliyinin təşkilatçılığı ilə İrlandiyadakı Latviya Cəmiyyətinin nümayəndələri Şirvan şəhərində qonaq idilər.Qonaqlar ilk öncə Heydər Əliyev Mərkəzində Ulu öndərin titanik həyat və fəaliyyətinin müəyyən dövrlərini əks etdirən eksponatlarla tanış oldular. Latviyanın səfir əvəzi Viya Buşe və səfirin müşaviri Elmira Mirzəyeva, Latviya Səfirliyinin təşkilatçılığı ilə İrlandiyadakı Latviya Cəmiyyətinin qarışıq səsli “eLVe” xorunun solistləri respublikamıza səfərləri çərçivəsində Şirvan Şəhər Mədəniyyət Mərkəzində Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə konsertə dəvət olunmuşdular.Mədəniyyət Mərkəzindəki tədbirdə Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, hüquq mühafizə orqanlarının və regional təşkilatların rəhbərləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak etdilər.Tədbir iştirakçılarını və qonaqları salamlayan İlqar Abbasov dövlət müstəqilliyimizin möhkəmlənməsində və inkişafında misilsiz xidmətləri olan Ümummili lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə ölkə başçısının 2023-cü ili “Heydər Əliyev İli” elan etməsinin əhəmiyyətindən, bu istiqamətdə keçirilən tədbirlərdən danışdı. Latviyanın səfir əvəzi Viya Buşe və səfirin müşaviri Elmira Mirzəyeva çıxış edərək Şirvan şəhərində olmaqdan məmnunluq duyduqlarını, təşkilatçılığa və səmimi qonaqpərvərliyə görə minnətdarlıqlarını bildirdilər. İrlandiyadakı Latviya Cəmiyyətinin qarışıq səsli “eLVe” xorunun canlı ifası alqışlarla qarşılandı.

                                         Tofiq Hüseyn,

                                        “Respublika”.