Lift ehtiyat hissələrinin satınalınması üzrə
Reklam və elanlar

Lift ehtiyat hissələrinin satınalınması üzrə "Baklift-1" İxtisaslaşdırılmış İstehsalat İdarəsi AÇIQ TENDERƏ DƏVƏT EDİR

11.08.2023-cü il saat 15:00

Tender 1 lot üzrə keçirilir:

LOT 1 - Lift ehtiyat hissələrinin satınalınması

Tender iştirakçılarına təklif edilir ki, www.e-tender.gov.az - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.

Tenderdə iştirak etmək istəyən iddia

çılar lot üzrə müəyyən edilən iştirak haqqı məbləğinın yalnız Asan Ödəniş vasitəsilə ödənişini həyata keçirdikdən sonra müsabiqə üzrə Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplsunu dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə əldə edə və təkliflərini təqdim edə bilərlər.

İştirak haqqı (manat)

Lot 1 – 350 (üç yüz əlli) manat

İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş vasitəsilə həyata keçirilə bilər.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri dövlət satınalmalarının vahid internet PORTAL VASİTƏSİLƏ elektron qaydada təqdim etməlidirlər:

1. İddiaçının kommersiya qurumunun dövlət reyestrindən çıxarışının, nizamnaməsinin (hüquqi şəxslər), imza səlahiyyətinin olması (direktor təyin edilməsi barədə əmr, əgər təsisçi direktor deyilsə), vergi uçotunda olduğunu təsdiq edən sənədin surəti və rekvizitləri;

2. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

3. Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (təklifin qüvvədə olma tarixindən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

 4. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında arayış;

5. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması haqqında arayış;

6. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi;

7. İddiaçıların mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında məlumat;

8. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

9. İddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank arayışı.

Tender təklifləri, eləcə də bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar Tender təkliflərini, eləcə də bütün sənədləri və müraciətləri Dövlət satınalmaları üzrə vahid internet portalı vasitəsi ilə təqdim etməlidirlər. Müsabiqədə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq. İddiaçıların səlahiyyətli nümayəndələri portala daxil olmaqla iştirak edə bilərlər.

Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və tender təklifinin bank təminatı istina olmaqla) 01 sentyabr 2023-cü il tarixi saat 11:00-dək, tender təklifini və tender təklifinin bank təminatını isə 11 sentyabr 2023-cü il tarixi saat 17:00-dək PORTAL VASİTƏSİLƏ elektron qaydada təqdim etməlidirlər. İddiaçıların təklifləri 12 sentyabr 2023-cü il tarixi saat 11:00-da dövlət satınalmalarının vahid internet PORTAL VASİTƏSİLƏ elektron qaydada açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə PORTAL VASİTƏSİLƏ tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL VASİTƏSİLƏ aparılır.

Tender Komissiyası.