İdman

"Liverpul"un Premyer Liqadakı rekordunu təkrarladı

"Aston Villa" "Liverpul"un İngiltərə Premyer Liqasındakı rekordunu təkrarlayıb.

"Respublika" "Squawka" nəşrinə istinadən xəbər verir ki, komanda buna XXV turda "Fulhem"i məğlub etməklə (2:1) nail olub.

Bu, Birmingem klubunun çempionatda London təmsilçiləri üzərindəki ardıcıl 10-cu qələbəsidir.

Daha əvvəl "Liverpul" 2019-cu ilin martından 2020-ci ilin iyununadək paytax klubları ilə görüşlərdə ardıcıl 10 qalibiyyət əldə edib.

Qeyd edək ki, "Aston Villa" hazırda 49 xalla dördüncü pillədə qərarlaşıb.