Azərbaycan atleti Nazim Babayev Çexiyanın Yablonets nad Nisou şəhərində Dünya Atletikasının bürünc səviyyəli turnirində gümüş medal qazanıb.
Azərbaycan Atletika Federasiyasından "Respublika"-ya verilən məlumata görə, idmançı "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda 7.51 metr nəticə göstərib.
Nazim Babayev yalnız yerli atlet Radek Yuşkadan geri qalıb.