Türkiyəli diplomatı öldürən terrorçu zərərsizləşdirilib
Türk dünyası

Türkiyəli diplomatı öldürən terrorçu zərərsizləşdirilib

Türkiyəli diplomat Osman Kösenin İraqda şəhid olduğu aksiyanın səbəbkarlarından PKK-lı Rənas Derik kod adlı Cəmil Akar zərərsizləşdirilib.

"Respublika" TRT Haber-ə istinadən xəbər verir ki, terrorçu MİT və Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalına qarşı keçirdiyi birgə hava əməliyyatında zərərsizləşdirilib.