Mask
Maraqlı

Mask "X" loqosunu aradan qaldırdı

"Twitter" şirkətinin San-Fransiskodakı baş qərargahının üstündəki nəhəng  "X" loqosu yığışdırılıb.

"Respublika" xəbər verir ki, bu barədə San-Fransisko şəhərinin Bina Təftişi Departamenti məlumat yayıb.

Bildirilib ki, "X" loqosunun təhlükəli olması və onun yaydığı işıq səbəbi ilə quruma 24 şikayət daxil olub.

Xartırladaq ki, İlon Mask bu yaxınlarda sosial media platforması "Twitter"-in adını və loqosunu "X" olaraq dəyişdirdikdən sonra San-Fransiskodakı Market Street qərargahının damına nəhəng "X" loqosu yerləşdirmişdi. Maskın bu addımı bələdiyyə rəsmiləri və bəzi sakinlər tərəfindən narazılıqla qarşılanmışdı. 

Nəzrin ELDARQIZI,

"Respublika".