Mayın 4-də Azərbaycanda COVID-19 əleyhinə 199 doza vaksin vurulub
Səhiyyə

Mayın 4-də Azərbaycanda COVID-19 əleyhinə 199 doza vaksin vurulub

Mayın 4-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 199 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 32, ikinci doza vaksinlərin sayı 139, üç və daha çox doza vaksinlərin sayı 23, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 5-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 962 min 216, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 410 min 880, ikinci mərhələ üzrə 4 milyon 882 min 161, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 403 min 2, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 266 min 173-dür.

 

Ötən gün Azərbaycanda COVID-19 infeksiyasına 22 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 22 yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 831 min 482 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 24 nəfər müalicə olunaraq sağalıb, 10 min 254 nəfər vəfat edib. Aktiv xəstə sayı 204 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1006, indiyə qədər isə ümumilikdə 7 milyon 594 min 650 test icra olunub.