Mayın 5-də Azərbaycanda COVID-19 əleyhinə 168 doza vaksin vurulub
Səhiyyə

Mayın 5-də Azərbaycanda COVID-19 əleyhinə 168 doza vaksin vurulub

Mayın 5- Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 168 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 29, ikinci doza vaksinlərin sayı 120, üç daha çox doza vaksinlərin sayı 18, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 1-dir.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 962 min 384, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 410 min 909, ikinci mərhələ üzrə 4 milyon 882 min 281, üç daha çox doza vaksinlərin sayı 3 milyon 403 min 20, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 266 min 174-dür.       

 

Ötən gün Azərbaycanda COVID-19 infeksiyasına 29 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 29 yoluxma faktı qeydə alınıb, 46 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 831 min 511 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 821 min 70 nəfər müalicə olunaraq sağalıb, 10 min 254 nəfər vəfat edib. Aktiv xəstə sayı 187 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 656, indiyə qədər isə ümumilikdə 7 milyon 595 min 306 test icra olunub.