Maykl Doran: Azərbaycan Avropa və Asiyanı birləşdirən mühüm ölkədir
MÜSAHİBƏLƏR

Maykl Doran: Azərbaycan Avropa və Asiyanı birləşdirən mühüm ölkədir

İşğaldan azad edilmiş ərazilərdə bərpa işləri sürətlə davam edir. İki gözəl hava limanının inşası buna sübutdur.

Bu fikirləri Ağdamda səfərdə olan ABŞ-ın Hudson İnstitutunun Yaxın Şərqdə Sülh və Təhlükəsizlik Mərkəzinin direktoru Maykl Doran AZƏRTAC-a açıqlamasında söyləyib.

Ağdam şəhərinin yenidən qurulduğunu deyən Maykl Doran bildirib: "Ümid edirəm ki, Ağdamda həyat yenidən canlanacaq. Azərbaycan Avropa və Asiyanı birləşdirən mühüm ölkədir. Bu regionun inkişafı üçün sülhün olması vacibdir".

AZƏRTAC