Məhsəti həmişə sevilir...
Tarixi şəxsiyyətlər

Məhsəti həmişə sevilir...

Tanrı ondan heç nəyi əsirgəməmişdi: gözəl qamət, savad, poetik istedad, məlahətli səs... Bütün bunlar ona hələ gənc yaşlarında müsəlman dünyasının bir çox ölkələrində nüfuz rəğbət qazandırmışdı. O məlahətli səsi eşitmək üçün uzaqdan-yaxından əyanlar, tacirlər Gəncəyə gəlirdi. Çoxları onun səsinin vurğunu idi...

XI əsrin sonları - XII əsrin əvvəllərində yaşamış böyük Azərbaycan şairəsi Məhsəti Gəncəvi Azərbaycan müsəlman intibahının parlaq nümayəndəsi olmaqla öz şeirlərində sənətkar, şair, müğənni mütrüb obrazlarını tərənnüm edən yeni şəhər poeziyasının təmsilçisi idi. Bir çox ilklər yazılmışdı taleyinə: ilk məşhur Azərbaycan şairəsi, ilk şahmatçı qadın, ilk görkəmli qadın musiqiçimiz çox ehtimal ki, ilk qadın bəstəkarımız. Şairənin tərcümeyi-halı dəqiq deyil, rəvayətlər əsasında tərtib olunduğundan qeyri-dəqiqliyi ilə fərqlənir. Rəvayətlərə əsasən, o, Gəncənin Xərabat məhəlləsində yaşamış, vaxtının çoxunu ziyafətlərdə, musiqi rəqs məclislərində keçirmişdir. Əsərləri içərisində Gəncənin Xərabat məhəlləsində yaşayan gənc sənətkarlara, müxtəlif peşə adamlarına həsr etdiyi şeirlər silsiləsi daha çox məşhurdur:

Dün kaşı kuzəmi daşlara çaxdım,

Sərxoşdum bilmədim əlimdən saldım.

Kuzə dilə gəlib dedi ki, mən

Sənin kimi idim, bu günə qaldım.

Şeirlərində əsasən şərabı, eşq duyğusunu tərənnüm edən Məhsəti bu misralarla başqa bir reallığı, sərxoşluğun, eyş-işrətin insanı fəlakətə sürüklədiyini, nüfuzdan saldığını açıb göstərmək istəyir: "...mən sənin kimi idim, bu günə qaldım", - deyə kuzə başı daşdan-daşa dəyəndən sonra ayıldığını etiraf edir.

Məhsəti Gəncəvi təqribən 1089-cu

ildə Gəncə şəhərində doğulmuş ömrünün sonuna qədər burada yaşamışdır. Onun əsl adı Mənicə idi, Məhsəti adını isə özünə ədəbi təxəllüs kimi götürmüşdü.

Məhsəti yaxşı təhsil almış əsərlərindən göründüyü kimi, Rum, Mərv, Bəlx, Nişapur, Herat, Gəncə, Xorasan, İraq, Zuzən, Arran s. şəhər vilayətlərdə olmuşdu. Bir müddət o, böyük Sultan Səncərin sarayında yaşamış, onun qəbullarında burada keçirilən ədəbi məclislərdə iştirak etmişdir. Deyilənlərə görə, bir dəfə onun gözlənilmədən yağan qar haqqında bədahətən söylədiyi rübai Sultan Səncərin diqqətini çəkmiş: "Göylər sənə gümüşü xalça göndərib ki, atının nalı bulanmasın", - rübaisini eşitdikdən sonra şairəni "-hisfi" ("Ən böyük") adı ilə mükafatlandırmış onu öz yaxın əhatəsinə qəbul etmişdi. Sonralar Sultan Məhəmməd onun oğlu Sultan Mahmudun dövründə sarayda yaşamışdı.

Onun həyatı barədə məlumatlar, əsasən əlyazma nüsxələri Azərbaycan Əlyazmalar İnstitutunda, İstanbulda Londonda saxlanılan, XIII əsrə aid edilən "Məhsəti Əmir Əhməd" dastanından götürülür. Dastanın müəllifi XIII əsrdə yaşamış Azərbaycan şairi alimi Abdulla Cövhəri Zərgər Təbrizidir buradakı qəhrəmanlar, o cümlədən şair Əmir Əhməd, Gəncə şahları Sultan Məhəmməd Sultan Mahmud real şəxsiyyətlərdir. Dastanda Gəncə Xətibinin oğlu Əmir Əhməd Məhsətinin məhəbbətindən bəhs olunur. Əmir Əhmədlə tanışlıqdan sonra Məhsətinin saraydan uzaqlaşması onun şeirlərinin gözəlliyindən vəcdə gələn Gəncə şahının xoşuna gəlmir o, tələb edir ki, sevgililər ayrılsınlar Məhsəti birdəfəlik sarayda yaşasın, lakin belə olmur. Şairə Əmir Əhmədlə ailə qurur onların bu nikahdan iki övladları olur. Atası öldükdən sonra Əmir Əhməd Gəncənin xətibi seçilir. Təəssüf ki, onun özü cavan yaşda rəhmətə gedir. Məhsəti Əmir Əhmədin ölümünə çox göz yaşı tökür axırda gözləri tutulur. Şairə öz sevgilisindən sonra cəmisi iki il yaşaya bilir.

Deyilənlərə görə, şairə Nizami Gəncəvinin məzarının yanında basdırılıb. 1923- ildə Nizaminin məzarı Şah Abbas məscidində basdırılmaqdan ötrü çıxarılarkən onun yanında bir qadın cəsədi tapılmışdır. Akademik Həmid Araslı bu iki dahi şəxsin yaşadığı tarixləri uzlaşdırmağın qeyri-mümkün olduğunu qeyd etsə , onların tanışlığını da istisna etmir.

Məhsəti Nizaminin daxil olduğu türk əxilər təşkilatının üzvü idi ki, bu təşkilat da sufilərə yaxınlığı ilə məşhurdur. Ərəb səyyahı İbn Bətutə əxilər barədə yazır: "Onlar bütün türkmən Rum vilayətlərində, hər kənddə, hər şəhərdə yaşayırdılar. dünyada qəriblərə onlar qədər can yandıran, acları doyurmaq üçün onlar qədər çalışan, ehtiyac çəkənlərin dərdinə onlar qədər qalan, zalımların əllərini kəsən, hərbi rəhbərlər arasında zülmə yol verənləri öldürən adamlar tapmaq mümkün deyil".

Şairənin Əmir Əhmədə bəslədiyi sevgi əbədi eşqin ən yüksək pilləsi olsa da, onun nəzərində bundan da ülvi bir sevgi var idi. Dost, dərviş, fəqir, qəssab, yaxud əxi təriqətinə mənsub hansısa gənc sənətkar obrazlarının şəxsində rəmzləşən bu ilahi məhəbbət, onun özünün dediyi kimi; "xətib oğluna bəslənən məhəbbətdən iki min mərtəbə artıqdır".

Məhsətinin sufi təriqətinə mənsubiyyətinə dair mənbələr yoxdur, onun əksər şeirləri isə o qədər təbii realistcəsinə yazılmışdır ki, onlarda hansısa gizli mənalar tapmaq mümkün deyil

Məhsəti Gəncəvinin xalq şeiri tərzinə yaxın formalı rübailəri dərin fəlsəfi məzmunlu şeirləri Azərbaycan Şərq poeziyası tarixində mühüm rol oynamışdır.

Azərbaycan Prezidenti İlham Əliyev 2013- il yanvarın 16-da Məhsəti Gəncəvinin 900 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamış, sərəncama əsasən Gəncədə Məhsəti Gəncəvi Mərkəzi inşa olunmuş, mərkəzin qarşısında şairənin möhtəşəm heykəli qoyulmuş, Məhsəti bağı salınmışdır.

2013- ildə UNESCO-nun Baş Konfransının 36- sessiyasında Məhsəti Gəncəvinin 900 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul olunmuşdur.

Şeyx Nizaminin Məhsətiyə ithaf olunduğu ehtimal edilən şeirində deyilir:

Sənin sənətin musiqi çalmaqdırsa,

Mən zil bəm səsləri dinləmək istəyirəm...

 Dövrünün ən gözəl muğam bilicisi, şairəsi Məhsətinin incə ruhlu şeirlərindən süzülüb gələn səslərin zili , bəmi əsrlərdir ki, duyulur, eşidilir, sevilir. Çünki bu səslər muğama köklənib, sevgidən yoğrulub, ürəkdən, içdən gəlir. Məhsəti həmişə sevilir, necə varsa...

Zümrüd QURBANQIZI,

"Respublika".