Meliorativ  tədbirlər davam edir
İQTİSADİYYAT

Meliorativ  tədbirlər davam edir

Abşeron paytaxta   çox   yaxın, hətta   bəzi   məqamlarda   ona   bitişik  spesifik   rayonlardandır.Burada  iri  əkin plantasiyaları  mövcud   olmasa   da, çoxlu fərdi bağ   təsərrüfatları  ,geniş  badam ,zeytun   bağları  var.Azərbaycan  Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bildirir  ki,Abşeron Suvarma Sistemləri İdarəsi tərəfindən rayon ərazisində meliorativ tədbirlər davam edir. İdarə yaz-yay suvarma mövsümü çərçivəsində Abşeron magistral kanalında genişmiqyaslı lildən və tullantılardan təmizləmə işlərini artıq yekunlaşdırıb. Magistral kanal üzərində mövcud olan 40 ədəd nasos stansiyasının   hər birinə baxış keçirilib və təmir işləri aparılıb.

Görülən təxirəsalınmaz işlər nəticəsində kanalda suyun normal axını təmin edilir.

Abşeron Suvarma Sistemləri İdarəsi 17 min hektardan artıq suvarılan torpaq sahəsinə xidmət edir. Həmin sahələrdə əkilən müxtəlif növ kənd təsərrüfatı bitkilərinin normalara uyğun olaraq suvarılması idarə tərəfindən mütəmadi olaraq təmin edilir.

Nəriman   CAVADOV,

“Respublika”.