Pakistanın NESPAK şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb
İQTİSADİYYAT

Pakistanın NESPAK şirkətinin nümayəndələri ilə müzakirələr aparılıb

İqtisadiyyat naziri Mikayıl CabbarovPakistan Milli Mühəndislik Xidmətlərişirkətinin (NESPAK) nümayəndələri ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, M.Cabbarov ölkəmizin Pakistanla sıx dostluq qardaşlıq münasibətlərini, Vətən müharibəsi zamanı Pakistanın Azərbaycanın mövqeyini birmənalı dəstəkləməsinin yüksək qiymətləndirildiyini vurğulayıb.

Görüşdə Pakistanla iqtisadi əlaqələrin möhkəmləndirilməsi üçün böyük potensial, keçirilən görüşlərin aparılan səmərəli müzakirələrin tərəfdaşlığın genişlənməsində rolu qeyd edilib.

NESPAK şirkətinin icraçı direktoru Tahir Məsud rəhbəri olduğu şirkətin fəaliyyəti barədə məlumat verib.

Pakistanın Azərbaycandakı səfiri Bilal Hayenin iştirak etdiyi görüşdə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçiriləcək yenidənqurma layihələri üzrə əməkdaşlığa dair müzakirələr aparılıb.

AZƏRTAC