Milli Məclisin nümayəndə heyəti Avstriyada səfərdədir
Siyasət

Milli Məclisin nümayəndə heyəti Avstriyada səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti iyunun 19-da Avstriyanın paytaxtı Vyanaya rəsmi səfər edib.

Parlamentin Mətbuat ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinə Milli Məclisin komitə sədrləri Tahir Mirkişili (Avstriya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri), Siyavuş Novruzov, deputatlar Sahib Alıyev, Azər Kərimli, Elnur Allahverdiyev, parlament Aparatının rəhbəri Fərid Hacıyev digər rəsmi şəxslər daxildir.