MN: Ordumuzun Ermənistan silahlı qüvvələrinin mövqelərini atəşə tutması məlumatını təkzib edirik
Siyasət

MN: Ordumuzun Ermənistan silahlı qüvvələrinin mövqelərini atəşə tutması məlumatını təkzib edirik

Avqustun 27-si saat 23:30-da Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik.

"Respublika" xəbər verir ki, bu barədə  Müdafiə Nazirliyi məlumat yayıb.