Monoetnik Ermənistanda antisemitizm meyilləri güclənir
Siyasət

Monoetnik Ermənistanda antisemitizm meyilləri güclənir

İsraillə HƏMAS arasında başlayan müharibə bəşəriyyəti münaqişə ocağına çevirmək istəyən qüvvələrin xain planlarının həyata keçməsi üçün zəmin yaratdı. Qərb, o cümlədən Fransa müharibəni qızışdırmaqla öz çirkin niyyətlərini bir daha büruzə verdi. Son dövrlərdə Qərbin sadiq "itaətkarı" Ermənistanda da antisemitizm meyillərinin artdığı müşahidə olunur. İrəvanda yeganə yəhudi sinaqoqunun yandırılması da bunun əyani sübutudur.

Bu gün Paşinyan hakimiyyəti Azərbaycanla sülh müqaviləsinin imzalanması istiqamətində çalışmaq əvəzinə, digər münaqişələrin alovlandırılmasına xidmət edir. Qərb qonşumuz Yaxın Şərqdə başlayan müharibədən sonra HƏMAS-ın lehinə, İsrailin isə əleyhinə addımlar atır. Hazırda İsrail mediasında Ermənistanın bu cür mövqe sərgiləməsi bir qədər narahatlıq doğurur. Məsələni daha dərindən analiz etsək görərik ki, Ermənistandakı yəhudi icması uzun illərdir antisemitizm hücumlarına məruz qalır. Buna əsas səbəb isə İsrailin Azərbaycanın müttəfiqi olmasıdır. Ümumiyyətlə, sinaqoqun yandırılması baş verən ilk belə hal deyil. Rəsmi İrəvanda son zamanlarda yəhudi irsi ilə bağlı mədəni və dini dəyərlərə qarşı etinasızlıq, laqeydlik özünü büruzə verir. Məsələn, İsrailin məşhur "Jerusalem Post" qəzetində dərc olunan məqalədə qeyd edilib ki, ölkənin Azərbaycana dəstək göstərməsi Ermənistanda antisemitizmin güclənməsi ilə nəticələnib. Məqalədə, həmçinin bunu təsdiqləyən çoxsaylı faktlar da öz əksini tapıb.

Ermənistandakı antisemitizm siyasəti öl

kə rəsmilərinin çıxışlarından da aydın şəkildə bəlli olur. Belə ki, Ermənistan ordusunun baş qərargah rəisinin sabiq müşaviri, politoloq V.Poqosyan noyabrın əvvəlində yəhudilərin tamamilə məhv edilməsi ilə bağlı çağırış edib. Bundan başqa, İsrail mediasında sinaqoqun yandırılması aktına görə məsuliyyətin ASALA erməni terror təşkilatının üzərinə düşdüyü də vurğulanıb. Mübaliğəsiz demək olar ki, bu gün rəsmi İrəvan dünyada antisemitizm çağırışlarının ən çox müşahidə olunduğu yerlərdən biridir. Əslində öz xalqına qonşu xalqlara nifrət aşılayan bu dövlətin belə mövqe sərgiləməsi heç də təsadüfi deyil. Bu məqamda məşhur Roma tarixçisi Kornelli Tasitin ermənilərlə bağlı dediyi sözləri yada düşür: "Bu xalq tutduğu mövqeyə və qəlbindəki qəzəbə görə əsrlər boyu etibarsız xalq olub".

Ermənistan monoetnik dövlətdir. Antisemitizm, türkofobiya, eləcə də Azərbaycanofobiya da ölkənin monoetnikliyini təsdiqləyir. Əfsuslar olsun ki, bu gün Qərb, o cümlədən bəzi böyük güclər Hayastanın bu siyasətinə göz yumur, hətta onların əməllərinə dəstək verir. Eynilə Fransa kimi...

Müstəmləkələrindən qovulmasını həzm edə bilməyən Fransa da haylarla eyni siyasəti yürüdür və rəsmi Paris bu gün antisemit çağırışların ən çox müşahidə olunduğu ölkələr arasında yer alır. Xatırladaq ki, Yaxın Şərqdə HƏMAS-la İsrail arasında başlayan müharibədən sonra Fransada da yəhudilərə qarşı hücumlar artıb. Hətta hakimiyyət nümayəndələri tərəfindən belə antisemitizmə etiraz olaraq yürüşlər təşkil edilir. Proseslərin bu cür davam etməsi ölkədə bu istiqamətdə gərginliyin günbəgün daha da artacağını söyləməyə əsas verir. Bu gün Makron hökuməti antisemit çağırışların qarşısında susur. Məsələnin ən maraqlı tərəfi isə Qərb ölkələrinin tüğyan edən antisemitizmə biganə qalmasıdır. Şübhəsiz bu da Qərbin dəyişməz ikili standartlarından və qərəzindən xəbər verir.

Nəzrin ELDARQIZI,

"Respublika".