Müəllim əməyinə yüksək  dəyər məsuliyyətimizi artırır
Elm və təhsil

Müəllim əməyinə yüksək  dəyər məsuliyyətimizi artırır

Prezident İlham Əliyevin 23 fevral 2023-cü il tarixli sərəncamına əsasən dövlət büdcəsindən maliyyələşən dövlət ümumitəhsil müəssisələrində çalışan müəllimlərin, direktor və direktor müavinlərinin, habelə hərbi rəhbərlərin aylıq vəzifə maaşları 2023-cü il fevralın 1-dən orta hesabla 10% artırılmışdır.

Bu, dövlət başçısının Azərbaycanın təhsilinə və təhsil işçilərinə verdiyi dəyərin, göstərdiyi qayğının bariz nümunəsidir. Baxmayaraq ki, bizim Qarabağımız yenidən qurulur, bərpa işləri gedir, böyük infrastruktur layihələr həyata keçirilir. Lakin cənab Prezident təhsil işçilərini hər zaman öndə tutur, diqqət və qayğısını bizdən əsirgəmir.

Cəmiyyətin memarı hesab olunan müəllimlərə ölkəmizdə daim diqqət və qayğının göstərilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki xalqımızın ümummilli lideri müəllim əməyinə həmişə yüksək qiymət verərək müdrikcəsinə demişdir: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram".

Sevindirici haldır ki, ulu öndərin siyasi kursunun uğurlu davamçısı, Prezident İlham Əliyev də milli təhsilin inkişafına, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına həmişə xüsusi qayğı ilə yanaşır. Məhz bu qayğının nəticəsidir ki, Azərbaycanda müəllimin nüfuzu durmadan artır, müəllimlərə xalq arasında böyük ehtiram və hörmət var.

Xanım ZURNAYEVA,

Balakən rayonu, İmam Şamil adına

Şambul kənd tam orta məktəbin direktoru.