Məktəblərdə tədris dayandırılıb?
Elm və təhsil

Məktəblərdə tədris dayandırılıb?

“Təhsil müəssisələrində hazırda tədris davam etdirilir”.

Bu sözləri “Respublika"ya verdiyi açıqlamada Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin mətbuat katibi Zenfira Sevdimalı bildirib. O qeyd edib ki, təxliyə sadəcə dərsin başladığı ilk 10 dəqiqədə baş verib:

“Həmin müddətdə fövqəladə vəziyyət nəzərə alınaraq addım atılmış ola bilər, amma tədrisin dayandırılmasına heç bir təsir göstərməyib.  Seysmoloji Xidmət Mərkəzi də qeyd etdik ki, hər hansı narahatlığa ehtiyac yoxdur. Buna əsasən, həm Bakı Şəhər İdarəsinin, həm də regional təhsil idarələrinin tabeliyində olan təhsil müəssisələrində tədris davam etdirilir”.

Mətbuat katibi qeyd edib ki, fövqəladə hal baş verən zaman hansı lazımı addım atılmalıdırsa, məktəblər onu icra edib:

“Amma bu demək deyil ki, tədris dayanıb və ya biz hamıya tapşırıq vermişik ki, uşaqlar evlərinə göndərilsin. Hazırda tədris normal qaydada davam etdirilir”.

Töhfə SƏMƏDOVA,

“Respublika”.