“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır
Elm və təhsil

“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır

“Rəqəmsal bacarıqlar” layihəsinin şagirdləri və “Code for future” layihəsinin tələbələri üçün “IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır.

Elm və Təhsil Nazirliyindən "Respublika"ya bildirilib ki, sessiyada “Code for future” layihəsinin məzunları “Rəqəmsal bacarıqlar” təmayüllü 10 və 11-ci sinif şagirdləri ilə öz təcrübələrini paylaşacaqlar.