“Muğamat var olan yerdə” konserti keçirilib
Digər xəbərlər

“Muğamat var olan yerdə” konserti keçirilib

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə iyul ayında regionlara qastrol səfərlərinə start verib.

“Respublika” xəbər verir ki, ilk konsert proqramı Cəbrayıl sakinləri üçün təşkil olunub.

Bu günlərdə Respublika Muğam Müsabiqəsinin qalibləri- əməkdar artistlər İlkin Əhmədov, Ehtiram Hüseynov, xanəndələr Kamilə Nəbiyeva və Günay İmanverdiyeva  4 saylı Cəbrayıl qəsəbə klubunda “Muğamat var olan yerdə” adlı konsert proqramı ilə çıxış etdilər.

Tofiq Hüseyn,

“Respublika”