Müstəqilliyimizin memarı
Siyasət

Müstəqilliyimizin memarı

Bu gün dünyanın hər yerindən sorağı gələn azərbaycanlılar bir bayraq altında birləşir, yaşadıqları ölkələrdə Azərbaycan gerçəkliyini, azərbaycançılıq ideyalarını təbliğ edirlər. Sovetlər dövründə güclü təzyiqlərə baxmayaraq, azərbaycançılıq ideyalarının təbliği, Azərbaycanı tanıtmaq yolunda atılan addımlar, əslində müstəqil Azərbaycan Respublikasının əsas meyarı olan azərbaycançılıq ideologiyasının ilk cücərtiləri idi. Bu gün müstəqil dövlətimizin simvolu olan üçrəngli bayrağımız BMT-nin, Avropa Şurasının iqamətgahı qarşısında əzəmətlə dalğalanır.

Dünyanın 70 ölkəsində altmış milyondan çox azərbaycanlı yaşayır. Harada yaşadıqlarından asılı olmayaraq onların Azərbaycan adlı bir vətəni, Heydər Əliyev kimi ümummilli lideri var.

XX əsrin sonu XXI əsrin başlanğıcında Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolu ölkəmizə 35 il rəhbərlik etmiş ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Mürəkkəb tarixi şəraitə təsadüf edən bir dövrdə xalqın tale yükünü çiyinlərində gəzdirən dərin zəka sahibi, Vətənini, xalqını sevən, dünya siyasətində səriştəsi olan yalnız Heydər Əliyev kimi dövlət başçısı olmalı idi. Elə ona görə cəmiyyətin tərəqqisinə təkan vermiş, zamanın sınağından mərdliklə çıxmış "Heydər Əliyev fenomeni" yaranmışdır.

1969-cu il ölkəmizin, xalqımızın tarixində önəmli bir il oldu. Ulu öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. Elə bununla da ölkənin tarixində, xalqın taleyində iqtisadi siyasi həyatında, elmin, təhsilin, mədəniyyətin, incəsənətin, ağır sənayenin, kənd təsərrüfatının inkişafında irəliləyişlər baş verdi. 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanda milli-mənəvi intibah prosesinin əsasını qoydu. Respublika rəhbəri Heydər Əliyev həqiqi azərbaycanlı vətəndaş, böyük şəxsiyyət kimi rəsmi tədbirlərdə məhz Azərbaycan dilində çıxış edirdi. Bu, xalqın öz tarixi köklərinə qayıdışını milli-mənəvi dəyərlərinə bağlılığını rəsmi səviyyədə nümayiş etdirən ilk ciddi hadisə idi.

Təhsil hər bir millətin gələcəyini, onun inkişaf yollarını müəyyən edən əsas aparıcı faktordur. Ümummilli lider Heydər Əliyev uzaqgörən siyasətçi kimi respublikada bu sahənin inkişafına hər zaman xüsusi əhəmiyyət vermişdir. Heydər Əliyev azərbaycanlı gənclərin ölkənin ictimai-siyasi həyatında dövlət idarəetmə strukturlarında fəal iştirakının təmin olunması istiqamətində tədbirlər gördü. Ulu öndərin təşəbbüsü ilə yüzlərlə gənc keçmiş sovetlər ittifaqının ən nüfuzlu ali təhsil ocaqlarında təhsil almaq imkanı əldə etdi. Bu proses 1969-cu ildən başlayaraq 80-ci illərin sonlarına qədər davamlı olaraq həyata keçirildi. O dövrdə müdrik dövlət başçısının uzaqgörən siyasəti nəticəsində bu gün yaşadığımız müstəqil Azərbaycan Respublikasının iqtisadi siyasi inkişafının təmin edilməsində müstəsna rol oynayan milli kadr potensialı formalaşdırıldı. Ölkə rəhbərinin göstərişi ilə həmin ali məktəbləri bitirən çoxsaylı istedadlı gənc vətənə qayıdıb, hazır kadr kimi işlə təmin olunurdu. Bunun nəticəsi idi ki, respublikada yüksəkixtisaslı kadrların hazırlanmasında böyük dönüş yarandı.

Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sahələrdə tərəqqisində, o cümlədən sosial-iqtisadi inkişafında köklü dönüş baş verdi. Ümummilli liderin incəsənət sahəsində dərin biliyi, mədəniyyətin mürəkkəb problemlərindən xəbərdar olması heç təsadüfi deyildi. Belə ki, Heydər Əliyev 1939-cu ildə memarlıq fakültəsinə daxil olmuş, lakin İkinci Dünya müharibəsinin başlaması onun memar olmaq arzusunu yarımçıq qoymuşdu. Memarlıq istedadı sonralar ümummilli liderin siyasi fəaliyyətində Azərbaycanın dövlət quruculuğunda öz əksini tapdı. Ölkəmizdə bütün sahələr üzrə qlobal islahatlar apararaq iqtisadiyyatımızı dirçəldən dövlət başçısının adı fəlakətdən qurtardığı müasir Müstəqil Azərbaycan dövlətinin memarı kimi tarixə yazıldı.

Heydər Əliyevin təşəbbüsü sayəsində 1970-ci illərdən başlayaraq Bakı şəhəri paytaxt tipli iri şəhərə çevrildi. Ölkənin bütün şəhərlərində tikinti-abadlıq işləri görüldü, yaşayış kompleksləri, iri sənaye obyektləri, inzibati binalar tikildi. Şəhərin ən baxımlı yerlərində gözəl memarlıq ansamblları yaradıldı.

Heydər Əliyev həmin dövrdə Bakı şəhərinin nəqliyyat problemlərini həll etdi. Bakı dəmiryolu vağzalının yenidən bərpa olunması, dəniz vağzalının tikintisi, Bakı metropolitenin stansiyalarının tikilib istifadəyə verilməsi üçün çox böyük işlər görüldü. Ölkədə Dərin Qazma Qurğuları Zavodu, Məişət Kondisionerləri Zavodu başqa iri sənaye müəssisələri Azərbaycanın indiki iqtisadi yüksəlişi üçün əsaslı zəmin yaratdı.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1969-1982-ci illərdə respublika iqtisadiyyatının bütün sahələrinin, elmin mədəniyyətin, kənd təsərrüfatının pambıqçılıq, üzümçülük, taxılçılıq sahələrinin inkişafına xüsusi diqqət göstərilmişdir.

Ulu öndərin milli zabit kadrlarının hazırlanması sahəsində çox böyük xidmətləri olmuşdur. Heydər Əliyev hələ 70-ci illərdə Azərbaycanın hərbi zabit kadrına ehtiyacı olacağını böyük həssaslıqla öncədən duymuşdur. Buna görə C.Naxçıvanski adına hərbi liseyin açılması barədə qərar qəbul etmişdir. Bu da o dövr üçün çox böyük hadisə idi. Hərbi liseyin yaradılması ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə həyata keçirdiyi siyasətin real bəhrəsi idi. Bu gün Azərbaycanın kifayət qədər yüksəkixtisaslı hərbi mütəxəssislərinin olması ulu öndərin 1969-1982-ci illərdə məqsədyönlü fəaliyyətinin nəticəsidir.

Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra müasir müstəqil Azərbaycan Respublikasının yaradıcısı oldu. 1993- il 15 iyun Azərbaycanın xilası dirçəlişinin yeni bir tarixi günü oldu. Azərbaycan xalqı fəlakətlər girdabından zəngin bilik təcrübə, qətiyyət, nadir uzaqgörənlik, mürəkkəb vəziyyətdən düzgün çıxış yolu tapmağa qadir olan ümummilli lider Heydər Əliyevin sayəsində xilas olmaqla böyük mübarizə quruculuq yolu keçdi. Heydər Əliyevin müdrikliyi polad iradəsi ilə Azərbaycan dövlətinin başının üstünü alan bütün təhlükələr sovuşdu, ölkədə sabitlik bərpa olundu. Onun qarşıya qoyduğu ilk məqsəd isə Ermənistan-Azərbaycan münaqişənin həllində sülhə nail olmaq, hər iki tərəfdən insan tələfatının qırğınların qarşısını almaq idi. Buna 1994- ildə Azərbaycan ilə Ermənistan arasında atəşkəs müqaviləsinin imzalanması ilə nail olundu.

1994- ildə respublikamız yeni bir eraya - neftimizin dünya bazarına nəqli erasına qədəm qoydu. Heydər Əliyev xarici adamları, xarici şirkətlərlə qurmaqla neft strategiyasının əsasını yaratdı. Azərbaycanın tarixində xüsusi əhəmiyyət kəsb edən Xəzərin neft-qazla zəngin strukturlarının işlənməsinə dair möhtəşəm müqavilə imzalandı. Ulu öndərin müəllifi olduğu "Əsrin müqaviləsi" "İpək yolu" kimi nəhəng layihələrin reallaşması bütün dünyada maraqla qarşılandı. Azərbaycan xarici investisiya qoyuluşuna görə MDB məkanında birinci yeri tutdu. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilməsi dünya miqyasında mühüm hadisə kimi qiymətləndirildi. Xarici neft şirkətləri ilə imzalanan ilk irimiqyaslı beynəlxalq müqavilə Heydər Əliyevin düşündüyü kimi iqtisadiyyatımıza milyardlarla dollar xarici sərmayə qoyulmasına, ölkəmizin qərbə iqtisadi inteqrasiyasına yol açdı. Heydər Əliyev inanırdı ki, bu layihələrin reallaşması ilə Azərbaycan qısa zaman ərzində regionda lider dövlətə çevriləcək. Bu isə Qarabağ münaqişəsinin ədalətli həllinə yardım idi. Bununla, ümummilli liderimiz müəyyənləşdirdiyi neft strategiyası ilə güclü qüdrətli demokratik bir dövlətin - Azərbaycanın əsasını qoydu.

Odlar diyarının əvəzsiz lideri Heydər Əliyev sinəsində elə bir ürək gəzdirirdi ki, o ürək hər an, hər dəqiqə vətən eşqi, xalq sevgisi ilə döyünürdü. Müstəqil Azərbaycanımızın sabahı naminə vururdu.

Elm müstəqil dövlətin davamlı sosial-iqtisadi mədəni inkişafını təmin edən mühüm bir amildir. Keçən əsrin 80-ci illərinin məlum qarmaqarışıq siyasi hadisələri nəticəsində ictimai mədəni həyatımızın başqa sahələri kimi, elm ocaqları da tənəzzülə uğramışdır. Ümummilli lider Heydər Əliyevin azərbaycanlı alimlərlə görüşündə söylədiyi nitq onlara sanki ikinci bir həyat verdi. Uzun müddət təsirlərə məruz qalmış Azərbaycan intellekti yenidən dirçəliş yoluna qədəm qoydu. Heydər Əliyev alimlərlə görüşü zamanı elmimizin qarşısında duran problemlərin dərindən analizini verərək dünyasəviyyəli elmi işlərlə bərabər, həm dövlətimizə, xalqımıza lazım olan elmtutumlu strateji problemlərlə məşğul olmağı tövsiyə etdi. Bu isə ölkəmizin inkişafının qlobal istiqamətlərinin intellektual təminatını həyata keçirmək kimi məsuliyyətli bir tapşırıq idi. Heydər Əliyevin elm xadimlərinə olan diqqəti, onların maddi təminatının yaxşılaşdırılması elmə dövlət tərəfindən göstərilən çox böyük bir qayğı idi.

Heydər Əliyev Azərbaycan ədəbi dil tarixində diplomatiya üslubunun əsasını qoymuşdur. Azərbaycan ədəbi dili məhz, onun nitqində dünyanın ən yüksək kürsülərində səslənirdi. Ümummilli liderin gərgin əməyi xidmətləri sayəsində bu gün Azərbaycan dili özünün inkişaf ömrünü yaşayır. Dil yaşayırsa, inkişaf edirsə, deməli, millət yaşayır inkişaf edir.

Heydər Əliyev müstəqil dövlətin ordu quruculuğu sahəsində böyük işlər görmüşdür. Ermənistanın ərazi bütövlüyümüzü pozması nəticəsində Azərbaycan 80-ci illərin sonu 90- illərin əvvəllərində torpaqlarının bir hissəsini itirmişdi. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra orduda vahid komandanlıq yarandı, qeyri-qanuni silahlı dəstələr ləğv olundu. Ordu quruculuğu Azərbaycanın sülh danışıqlarında mövqelərini daha da möhkəmləndirdi. 1993- ilin sonlarından başlayaraq həyata keçirilən xüsusi tədbirlər nəticəsində Azərbaycan milli ordu quruculuğunun yeni mərhələsinə qədəm qoyuldu. Qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdı.

Ulu öndər Heydər Əliyev bütün həyatı, fəaliyyəti dövründə sənəti sənətkarı həmişə yüksək qiymətləndirmişdir. O, musiqinin hər bir incəliklərini dərindən duyan bir şəxsiyyət kimi Azərbaycan musiqi mədəniyyətinin, muğam, estrada, simfonik janrlarının inkişafına çox böyük əhəmiyyət vermişdir. Heydər Əliyev Azərbaycan professional bəstəkarlıq məktəbinin rolunu xüsusilə vurğulamış, bu sahədə bitkin, özünəməxsus professional məktəbin yaranmasına daim qayğı göstərmişdir. Heydər Əliyev ömrünü, həyatını musiqi, kino, teatr ədəbiyyata həsr etmiş yaradıcı şəxslərin qayğısına qalmış onlara himayədarlıq etmişdir.

Ulu öndər Heydər Əliyev ictimai-siyasi, mədəni həyatın demək olar ki, bütün sahələri ilə bağlı yaradıcı, məhsuldar, çox geniş fəaliyyət dairəsinə malik böyük bir şəxsiyyət idi. Onun həyatı, fəaliyyəti barədə yüzlərlə kitab yazılmış yazılacaqdır. Heydər Əliyev fenomeninə Azərbaycan siyasətinin, elminin, mədəniyyətinin, ictimai fikrinin nümayəndələri bu gün , sabah da dönə-dönə müraciət edəcək. Azərbaycan xalqı üçün Heydər Əliyevin keçdiyi şərəfli yol sönməz vətən sevgisi ilə doludur. Heydər Əliyev haqqında keçmiş sovetlər dövlətinin yüksək vəzifə sahiblərindən biri, Bakıda doğulub boya-başa çatmış, təhsil almış Nikolay Baybakovun fikirlərini xatırlatmaq yerinə düşərdi: "Mən çox adamlarla ünsiyyətdə olmuşam çox rəhbərlərlə işləmişəm. Amma Heydər Əliyev qədər xalqını, millətini sevən bir azərbaycanlı, bir rəhbər təsəvvür edə bilmirəm".

Ümummilli lider Azərbaycan xalqının tarixində əsrlər boyu bir ömək olaraq qalacaq. Bundan sonrakı nəsillər Heydər Əliyevin dövlət idarəçiliyi sahəsində əldə etdiyi təcrübədən əsrlər boyu bəhrələnəcəklər. Ulu öndər Heydər Əliyev həyatını xalqına həsr edərək qəlbinin işığını millətinə - Vətəninin övladlarına paylamışdır.

Heydər Əliyev xalqa son müraciətində demişdir ki, mənim axıra çatdıra bilməyəcəyim işləri siyasi davamçım İlham Əliyev axıra çatdıracaqdır. Mən İlham Əliyevə özüm qədər inanıram.

Xalqın böyük istəyi seçimi ilə möhtərəm İlham Əliyev azad, ədalətli, şəffaf demokratik şəraitdə Azərbaycan Respublikasının Prezidenti seçildi. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu, şərəfli yolunu ləyaqətlə davam etdirən İlham Əliyev hər bir azərbaycanlının Prezidenti oldu.

Bu gün möhtərəm Prezidentimiz İlham Əliyev Heydər Əliyevin təməlini qoyduğu siyasi kursu xalqın maraqlarına, dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirir.

Cənab İlham Əliyevin istedadı, səyi nəticəsində, ölkə iqtisadiyyatının dinamik inkişafı, yeni istehsal müəssisələrinin açılması, yeni yerlərinin yaradılması, idman komplekslərinin tikilməsi, yolların, nəhəng körpülərin salınması, regionların, paytaxt Bakının abadlaşdırılması, bir sözlə, Azərbaycanın çiçəklənməsi kimi vacib məqamlar öz əksini tapmışdır.

Ali Baş Komandanı İlham Əliyev 30 ilə yaxın həsrətində olduğumuz, səbirsizliklə gözlədiyimiz ən böyük arzumuzu, torpaqlarımızın işğaldan azad olduğu günü gerçəkləşdirdi. Azərbaycan xalqına qələbə sevincini yaşatdı. Ata vəsiyyəti, oğul qətiyyəti ilə haqq savaşımız zəfərə çevrilərək Azərbaycan tarixinin ən şanlı qələbəsi kimi tarixə qızıl hərflərlə əbədi yazıldı.

Müasir Azərbaycan ulu öndər Heydər Əliyevin əsəridir. Ümummilli liderimiz Heydər Əliyev müstəqil Azərbaycanın inkişaf tərəqqi yollarını öz dühası ilə işıqlandırdı. Milli ideologiyamızın müstəqilliyimizin memarı oldu.

Rəfiqə MƏSUD,

jurnalist, kinossenarist, publisist,

Əməkdar mədəniyyət işçisi.