NASA kosmik uçuşlar zamanı ölənlərin sayını açıqlayıb
Maraqlı

NASA kosmik uçuşlar zamanı ölənlərin sayını açıqlayıb

NASA-nın Uçuş Təhlükəsizliyi Direktorunun müavini Naycel Pakham kosmos missiyası və ya yer sınaqları zamanı 21 kosmonavtın öldüyünü açıqlayıb.

"Respublika" xəbər verir ki, Sietldəki Vaşinqton Universitetinin Aeronavtika və Astronavtika professoru Cim Hermanson "M 3 NASA" və "2 Sovet İttifaqı" kosmos missiyası da daxil olmaqla 5 missiyada ölümlərin qeydə alındığını söyləyib.

Qeyd edək ki, NASA-nın kosmosa göndərdiyi uçuşlar zamanı ölümlə nəticələnən daha iki qəza baş verib. İlk qəzanın isə 1986-cı ilin yanvarında “Space Shuttle Challenger”in havaya qalxmasından 73 saniyə sonra havada partlaması nəticəsində baş verdiyi bildirilib.

Nəzrin ELDARQIZI,

"Respublika".