Naxçıvanda gənclərin “Yay məktəbi”nə start verilib
Elm və təhsil

Naxçıvanda gənclərin “Yay məktəbi”nə start verilib

Gənclərin istirahətinin səmərəli təşkili məqsədilə muxtar respublikanın Şahbuz rayonunda yerləşən Ağbulaq İstirahət Mərkəzində “Yay məktəbi” fəaliyyətə başlayıb.

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, şuranın, Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi və Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən təşkil olunan ənənəvi “Yay məktəbi” 3 gün davam edəcək. Layihənin proqramına əsasən bu müddət ərzində təlim, konsert proqramı, müxtəlif idman oyunları, müsabiqələr, intellektual yarışlar təşkil olunacaq və Azərbaycan filmləri nümayiş etdiriləcək.

Qeyd edək ki, “Yay məktəbi”nə Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti və Naxçıvan Müəllimlər İnstitutunda təhsil alan tələbələr cəlb olunublar.

AZƏRTAC