Naxçıvanda Yeni il üçqat sevinclə
Region

Naxçıvanda Yeni il üçqat sevinclə

İnsanlarına həyatına sevinc, yeni arzular bəxş edən Yeni il bu dəfə Naxçıvanda üçqat sevinclə qarşılanır.

Qış olmasına baxmayaraq bol günəşli havada ailəlikcə bayram gəzintisinə çıxıb bir-birinə arzu və istəklərini çatdıran naxçıvanlılar doğma Bakı ilə daha sıx təmasların yaratdığı xoş təəssüratları da yaşayırlar. Havaların açılması ilə insanların rahat nəfəs almasını, iqtisadiyyatın sağlam dirçəliş yoluna qayıtmasını, qiymətlərin enməsini də bayram edən naxçıvanlılar Dünya Azərbaycanlılarının Həmrəyliyi Günün  və yeni 2023-cü ilin sevincini hər kəslə bölüşmək üçün Naxçıvan şəhərinin mərkəzinə axın ediblər. Hamı kimi buradakı bayram sevincini yaşayan sakinlərə müxtəlif xidmət servisləri təqdim edən yerli sahibkarlar da işlərin gedişindən razı idilər.

Həmsöhbət olduğumuz insanlar  Naxçıvandan əsası qoyulan xalqımızın həmrəylik bayramını birgə qarşılamağın ən böyük xoşbəxtlik olduğunu bildirirdilər.  

Sabah hər şey daha gözəl olacaq!

Əli CABBAROV,

Naxçıvan.