Nazirin müşaviri: Məktəblərdə davalar zamanı ən çox müdaxilə edənlər
Elm və təhsil

Nazirin müşaviri: Məktəblərdə davalar zamanı ən çox müdaxilə edənlər "Məktəblinin dostu"nun iştirakçılarıdır

Aparılan təhlillər onu göstərir ki, "Məktəblinin dostu" layihəsi özünü doğruldur.

"Respublika" xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri Azər Abizadə "Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, şagirdlər arasında aparılan sorğu onu deməyə əsas verir ki, "Məktəblinin dostu" layihəsi özünü doğrulda bilib: "Geridönüşlər çox müsbətdir. Valideynlərin də razılığı yüksək səviyyədir".

Nazir müşaviri bildirib ki, təcili yardım göstərilməsi məsələsində tibb heyəti gələnə qədər ilk yardım göstərən məhz "Məktəblinin dostu" olub: "Bundan başqa, davalar zamanı ən çox müdaxilə edən də layihə iştirakçılarıdır. Hazırda 238 məktəb bu layihəyə qoşulub və əhatə dairəsi bundan sonra da genişləndiriləcək".