Nikol Paşinyan Gürcüstanda səfərdədir
Region

Nikol Paşinyan Gürcüstanda səfərdədir

Ermənistanın baş naziri Nikol Paşinyanın Gürcüstana işgüzar səfəri başlayıb. 

“Respublika” xəbər verir ki, Paşinyanı Batumi beynəlxalq hava limanında Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili qarşılayıb. 

Erməni mətbuatında yer alan xəbərlərə görə, Nikol Paşinyan gün ərzində gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə də görüş keçirəcək. 

Xatırladaq ki, sonuncu dəfə Ermənistan və Gürcüstan hökumət başçıları İrəvanda görüşüblər. Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti iqtisadi əməkdaşlıq üzrə ikitərəfli hökumətlərarası komissiyanın 12-ci iclasında iştirak etmək üçün yanvarın 12-də Ermənistana səfər edib. 

Jalə QASIMZADƏ, 
“Respublika”.