“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 971-VIKQD nömrəli Konstitusiya Qanununun tətbiqi və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Fərman

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 971-VIKQD nömrəli Konstitusiya Qanununun tətbiqi və “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 971-VIKQD nömrəli Konstitusiya Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Konstitusiya Qanununun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 48.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Konstitusiya Qanununun 48.7-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası nəzərdə tutulur;

1.3. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 971-VIKQD nömrəli Konstitusiya Qanununun 2.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.4. həmin Konstitusiya Qanununun 2.2-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası nəzərdə tutulur.

2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası:

2.1. iki ay müddətində:

2.1.1. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 27.1-ci maddəsinə uyğun olaraq, icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında əsasnamənin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.1.2. normativ hüquqi aktın layihəsinin hazırlanmasını, razılaşdırılmasını və normayaratma orqanına təqdim olunmasını təmin edən informasiya sisteminin əsasnaməsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 971-VIKQD nömrəli Konstitusiya Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. bu Fərmanın 2.1-ci bəndi nəzərə alınmaqla, Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 971-VIKQD nömrəli Konstitusiya Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. həmin Konstitusiya Qanunundan irəli gələn digər məsələləri həll etsin.

4. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 88; 2013, № 4, maddə 374; 2016, № 10, maddə 1629; 2018, № 7, maddə 1502; 2019, № 4, maddə 631; 2022, № 11, maddə 1253) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 4.1-ci bənddə “95.2-ci maddəsində” sözləri “48.7-ci və 95.2-ci maddələrində” sözləri ilə əvəz edilsin;

4.2. aşağıdakı məzmunda 4.1-1-ci bənd əlavə edilsin:

“4.1-1. həmin Konstitusiya Qanununun 48.7-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası nəzərdə tutulur;”.

5. Bu Fərmanın 1-ci və 4-cü hissələri 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 5 avqust 2023-cü il.