Nüfuzlu siyasi lider, müdrik dövlət başçısı, Müzəffər Ali Baş Komandan
Siyasət

Nüfuzlu siyasi lider, müdrik dövlət başçısı, Müzəffər Ali Baş Komandan

Cənab İlham Əliyevin daxili xarici siyasətdə atdığı inamlı addımlar nəticəsində Azərbaycanda sosial, iqtisadi, siyasi, hərbi ictimai təsisatlarda əsaslı yeniliklər edilmiş, səmərəli islahatlar aparılmışdır. Bu gün müasir müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir. 20 il bundan əvvəl Azərbaycan xalqının cənab İlham Əliyevə böyük etimad göstərməsindən sonra həyata keçirilən uğurlu siyasi gediş nəticəsində ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoydu. 18 aprel 2018-ci il tarixdə keçirilən andiçmə mərasimindəki nitqində "Mən 2003- ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə xalq etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Mən fəxr edirəm ki, xalq mənə inandı, məni dəstəklədi mən öz növbəmdə sözlərimə əməl etdim. Son 15 il ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edilmişdir. Bunun əsas şərti ondan ibarətdir ki, biz ulu öndərin yolu ilə gedirik", - deyən cənab İlham Əliyevin liderliyi ilə Azərbaycan ötən müddət ərzində qarşıya qoyduğu strateji məqsədlərinə nail oldu. Prezident İlham Əliyevin ölkəni idarə etdiyi dövrdə bir zamanlar yalnız xəyal kimi görünən nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, Azərbaycanın dünyada tanınması milli maraqlara xidmət edən çoxsaylı digər məqsədlər artıq gerçəkliyə çevrilib. Beləliklə, bu gün ulu öndər Heydər Əliyevin ideyaları əsasında inkişaf edən Azərbaycan uğurlu gələcəyə doğru irəliləyir, ölkəmizin bu günü, gələcəyi əmin əllərdədir.

2018-2022-ci illər arasında uğurlu tərəqqi Prezident İlham Əliyevin başçılığı ilə bütün sahələrə inteqrasiya edildi. Artıq beynəlxalq məkanda söz sahibi olan Azərbaycan regionun lider dövlətinə çevrilib. İlham Əliyev demokratiyanın milli mədəniyyətimiz mentalitetimizlə, eyni zamanda müsəlman sosial-psixoloji kimliyimizlə uzlaşan bir dəyər yaşam tərzi olduğunu sübut etməklə intellektual əsaslarda yeni demokratik modern cəmiyyət formalaşdıra bildi. Azərbaycan iqtisadi inkişafına, sosial-siyasi sabitliyə, beynəlxalq müstəvidə əldə etdiyi nüfuzuna mövqeyinə görə güclü, qüdrətli əzəmətli bir dövlət kimi çıxış etməkdədir. Bu da öz növbəsində Azərbaycanın beynəlxalq müstəvidə rolunu əhəmiyyətini artırır.

Prezident İlham Əliyevin diqqət qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri son 4 ildə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu "Global Fire Power" mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer alır.

2020-ci il sentyabr ayının 27- qüdrətli Azərbaycan dövləti öz əzəli torpaqlarını erməni işğalından azad etmək üçün əks-hücum əməliyyatlarına başladı. Əfsuslar olsun ki, 30 ilə yaxın müddət ərzində Azərbaycan Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışsa da, bu, mümkün olmadı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə bu istiqamətdə danışıqlar aparmış, beynəlxalq konfranslarda çıxışlar etmişdir. Lakin bütün danışıqlara əhəmiyyət verilməmiş, BMT tərəfindən qəbul olunmuş 4 qətnamə kağız üzərində qalmış, heç bir nəticə hasil olmamışdır.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz beynəlxalq hüquq prinsiplərinə, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirdi. Rəşadətli Azərbaycan Ordusu 2020-ci il noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə 286 kəndi işğaldan azad etdi. 44 gün ərzində Cəbrayıl şəhəri rayonun 90 kəndi, Füzuli şəhəri rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri daha 5 adsız yüksəklik işğaldan azad olundu.

2020-ci il noyabrın 8-i isə tariximizə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Azərbaycanın tarixi, mədəni strateji əhəmiyyətə malik, Azərbaycan bütün türk dünyasının mərkəzi hesab olunan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün ərzində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi İkinci Qarabağ müharibəsində möhtəşəm zəfərimizi şərtləndirdi.

P rezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli balanslaşdırılmış xarici daxili siyasət nəticəsində Azərbaycan regionda güclü suveren, eləcə yüksək beynəlxalq nüfuza malik olan oyunçuya çevrilib. Bu gün ölkəmizə cənab İlham Əliyev kimi dərin zəkaya, analitik təfəkkürə malik olan, dünyada gedən siyasi prosesləri yaxşı bilən siyasətçi dövlət xadimi rəhbərlik edir. Cənab İlham Əliyev öz Vətənini, xalqını sevən, azərbaycançılıq amalını qəlbində daşıyan liderdir.

ABŞ-ın "U. S. News & World Report" jurnalı 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinq siyahısını açıqlayıb. ABŞ-ın ən nüfuzlu siyasi nəşrlərinin birinin saytında dərc edilən siyahı Pensilvaniya Universitetinin "BAV Group and Wharton School" Qrupunun analitikləri tərəfindən tərtib edilib. Siyahı tərtib edilən zaman ölkələrin iqtisadi vəziyyəti, hərbi gücü, siyasi təsir dairəsi, dünyada liderliyi, habelə beynəlxalq təşkilatlara üzvlük iştirakı daxil olmaqla bir sıra amillər nəzərə alınıb. Bu siyahıda Azərbaycan 45-ci yerdə qərarlaşıb. Ölkəmiz cari ildə əldə etdiyi uğurlara görə bir neçə Avropa ölkəsini - Xorvatiya, Çexiya, Latviya, Rumıniya, Slovakiya, Sloveniya, Estoniya Portuqaliyanı geridə qoymuşdur.

2019-cu il oktyabrın 3- isə "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq platformada dövlət başçımızın qətiyyətlə söylədiyi "Qarabağ Azərbaycandır nida işarəsi" devizi bir ildən sonra, 44 günün ərzində reallığa çevrildi.

Azərbaycan diplomatiyasının səyləri nəticəsində münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası s. beynəlxalq təşkilatların sənədləri buna müvafiq hüquqi baza yaratdı. Bu, informasiya müharibəsində Azərbaycanın haqlı mövqeyini əhəmiyyətli dərəcədə gücləndirdi, uzun illər Ermənistanın faşist ideologiyası, xalqımıza qarşı etnik təmizləmə, soyqırımı, terrorizm işğalçılıq siyasətinin, eləcə erməni yalanlarının dünya miqyasında ifşası istiqamətində mühüm rol oynadı, tarixi ədalətin zəfər çalmasını şərtləndirdi.

A parılan uğurlu xarici siyasətin nəticəsi olaraq regionda önəmli tərəfdaş, habelə köklü tarixə söykənən Azərbaycan-Türkiyə əlaqələri bu müddət ərzində yeni mərhələyə qədəm qoydu. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15- Şuşada imzalanmış Bəyannamə iki ölkə onun xalqları arasındakı dostluq qardaşlıqdan çıxış edərək Azərbaycan Respublikası Türkiyə Respublikası arasındakı münasibətləri keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırdı. Bəyannaməyə əsasən iki qardaş ölkə xarici siyasət sahəsində əlaqələndirməni müntəzəm ikitərəfli siyasi məsləhətləşmələri həyata keçirir, həmçinin bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində birgə fəaliyyət göstərir.

Azərbaycan dövlət başçısı İlham Əliyevin qətiyyəti sayəsində qəhrəmanlıq tariximizin şanlı səhifəsini yazdı. Bu səhifənin yazılmasında Azərbaycanın xarici siyasət sahəsində qazandığı uğurlardan, ölkəmizin beynəlxalq münasibətlər sistemində möhkəmlənən mövqeyindən bəhs edərkən bu məqamı da xüsusi qeyd etməliyik ki, müstəqil siyasətimizin, ədalətli, beynəlxalq hüquqa əsaslanan mövqeyimizin nəticəsi olaraq dünyanın yeni xarici siyasəti nəinki Azərbaycanda müzakirə olundu, 44 günlük müharibənin gedişində tamamilə dəyişdi. Dünya beynəlxalq hüquq normalarının prinsiplərinin mövcudluğunu qəbul etməyə məcbur oldu. Azərbaycan regionda yeni əməkdaşlıq formatı yaratdı.

2020 -ci il noyabrın 10-u ölkəmiz üçün tarixi bir gün oldu. Rəşadətli Azərbaycan Ordusunun döyüşlərdə əldə etdiyi zəfər Ermənistanı masa arxasında oturmağa məcbur etdi. Nəhayət, Azərbaycan, Rusiya prezidentləri Ermənistanın Baş naziri birgə bəyanat imzaladılar. Bu sənəd Ermənistanın məğlubiyyətinin açıq etirafı, Azərbaycanın isə şanlı qələbəsinin təsdiqi oldu. Bu qələbə düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarını siyasi yolla qaytarsın. Bununla da Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini öz gücünə reallaşdırmış oldu.

Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan bütün sahələrdə dinamik inkişaf etmişdir. Bir zamanlar yalnız xəyal kimi görünən nəhəng layihələr reallaşdırılmış, Azərbaycanın lider dövlətə çevrilməsi milli maraqlara xidmət edən çoxsaylı məqsədlər artıq gerçəkliyə çevrilmişdir.

Dövlət müstəqilliyinin bərpasından ötən qısa müddət ərzində ulu öndər Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti fəaliyyəti nəticəsində ölkəmizin ictimai-siyasi sabitliyi, sosial-iqtisadi inkişafı dünya sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Ölkəmizin yeni iqtisadi sosial çağırışların müzakirəsi üçün ideal məkan kimi seçilməsində inkişaf modelinin cəlbediciliyi vacib amildir. Təbii ki, hər bir beynəlxalq tədbir iştirakçı ölkələrin malik olduğu imkanların, inkişaf strategiyasının təqdimatında təcrübələrin bölüşməsində mühüm rol oynayır. Qeyri-neft sektorunun sürətli yüksəlişi həm daxili investisiyaların artımında özünü göstərir. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, sahibkarlığın inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm makroiqtisadi sabitliyin qorunub saxlanılması maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir. Azərbaycanın iqtisadi-siyasi uğurlarını əsaslandıran əsas amillər möhkəm siyasi sabitliyin olması, iqtisadiyyatın şaxələndirilməsi ilə əhatəli islahatların həyata keçirilməsidir. Dövlət başçımızın həyata keçirdiyi iqtisadi siyasət sahibkarlığın inkişafında, yerli istehsal sosial infrastrukturun yaradılmasında, güzəştli kreditlərin ayrılmasında, insan kapitalı təbii ehtiyatlardan səmərəli istifadə yolu ilə mövcud potensialın reallaşdırılmasında, yerli xarici investorların ölkəyə, xüsusilə regionlara cəlb olunmasında yeni bir səhifə açmışdır.

30 iyun 2018-ci ildə ilk kommersiya qazının Trans-Anadolu (TANAP) boru kəməri ilə Türkiyəyə göndərilməsinə başlanılıb. 30 noyabr 2019-cu ildə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Azərbaycan təbii qazının 31 dekabr 2020-ci ildə Avropa bazarına tədarükünə başlanılıb. Cənub Qaz Dəhlizinin ümumi dəyəri təxminən 40 mlrd. ABŞ dollardır. Bununla yanaşı, Azərbaycan yeni enerji resurslarının istifadəsi ixracı üçün daim uğurla çalışır. Ötən il mayın 3- Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalamaqla ölkəmizdə yeni növ enerji qaynaqlarının yaradılmasına istiqamət verdi. Belə ki, bu gün dünyanın ən qabaqcıl texnologiyaları alternativ enerjidən istifadənin genişləndirilməsinə ekoloji tarazlığın qorunmasına istiqamətlənir. Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonların yenidənqurma işlərində bu istiqamət əsas götürülür.

D avamlı dinamik inkişaf məntiqinə əsaslanan bu siyasətin həyata keçirilməsi nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılmış, konservativ xarici borclanma strategiyası həyata keçirilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşmışdır.

Dünya Bankının "Doing Business" 2019-cu il hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunmuş 190 dövlət arasında 25-ci yeri tutmuşdur. "Doing Business 2020" hesabatında isə Azərbaycan daha 5 pillə irəliləyərək ən islahatçı 20 ölkə sırasına daxil edilmişdir. Davos Dünya İqtisadi Forumunun 2020-ci ilin hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb. Son 20 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır. Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılmışdır ki, bunun da yarısı xarici sərmayədir. Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun 17,3 faizini təşkil edir. 2030-cu ilin sonuna qədər bu rəqəmin 10 faizə enməsi planlaşdırılır. Ötən 19 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir. Azərbaycanda 2 milyondan çox yeni yeri açılıb.

Möhkəm təməl üzərində qurulmuş bir dövlət olaraq Azərbaycanın bugünkü nailiyyətlərini qısqananlar hər cür vasitə ilə ölkəmizin inkişafına kölgə salmağa cəhd göstərir, hətta xarici düşmənlərlə əlbir olmaqdan belə çəkinmirlər. Ancaq bu cür hallar asanlıqla dəf edilir, ölkəmizdə sabitlik, təhlükəsizlik şəraiti, inkişaf, xalq-iqtidar birliyi bir daha öz sözünü deyir.

P rezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili siyasət kursu sayəsində demokratik inkişaf, hüquqi dövlət vətəndaş cəmiyyəti quruculuğu yönündə mühüm nəticələr əldə olunub. Həyata keçirilən sistematik tədbirlərin qanunauyğun nəticəsi kimi, Azərbaycanda təkmil siyasi sistem bərqərar olunub hüquqi dövlət quruculuğu artıq başa çatıb. Başqa sözlə, hüququn aliliyi, ictimai həyatın bütün sahələrində qanunun hökmranlığı prinsiplərinin mühafizə olunması dövlətin vətəndaşların qarşılıqlı mənəvi məsuliyyətinin güclənməsini təmin etməklə yanaşı, hüquqi dövlətin təməllərini möhkəmləndirir.

Bölgələrin inkişafında Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramlarının icrası böyük əhəmiyyət kəsb edir. Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern islahatlar digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Bu istiqamətdə həyata keçirilən Dövlət proqramları sayəsində bölgələrdə inkişaf prosesi sürətlənmiş, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olunmuşdu. İşsizliyin yoxsulluğun səviyyəsi aşağı düşmüş, Azərbaycanda 2 milyondan çox yeni yeri yaradılmışdı. Ölkədə qeyri-neft sektorunun inkişafı üçün güclü zəmin formalaşmışdır. Prezidentlik fəaliyyətinin ilk dövründə İlham Əliyev "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" 24 noyabr 2003- il tarixli Fərman imzalamışdır. Regionların inkişafına dair uğurla icra edilən I Dövlət Proqramı Azərbaycanın müxtəlif bölgələrində inkişafın yeni əsaslarını yaratdı, tərəqqi prosesini növbəti uğurlu mərhələyə keçirdi. Görülən tədbirlərin davamı olaraq hazırda "Azərbaycan Respublikası regionlarının 2019-2023- illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" uğurla həyata keçirilir.

Beynəlxalq aləmdə Azərbaycanın sosial rifahı yüksək qiymətləndirilir. 2020-ci il Davos hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədir.

Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, xalqın ona olan etimadı dövlət başçısı kimi onu ruhlandırır, gücünə güc qatır beləliklə xalqla iqtidarın birliyi möhtəşəm gücə çevrilərək Azərbaycanı inkişafın zirvələrinə doğru aparır. Xalqın inamı etimadı, öz növbəsində onun fəaliyyətinin uğurlarının mənəvi əsasını təşkil edir.

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz hər il sosial sahədə olan islahatları təkmilləşdirməklə hər bir Azərbaycan vətəndaşında qürur hissi yaradır. Ölkə rəhbərinin əsas məqsədi Azərbaycanı inkişaf etmiş ölkələr sırasına yüksəltməkdir.

P rezident İlham Əliyevin rəhbərliyi ilə ötən müddət ərzində regionlarda infrastrukturun yenidən qurulması inkişafı, səhiyyə təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilmişdir. Ötən illər strateji əhəmiyyət kəsb edən inkişaf proqramlarının hazırlanması işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə intibah tərəqqi prosesinin geniş vüsət alması ilə səciyyəvidir. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizin davamlı inkişafı yalnız demokratik islahatların geniş tətbiqindən keçir.

Nurlan ABDALOV,

"Respublika".