Ölkəmizin qlobal nüfuzu getdikcə artır
Digər xəbərlər

Ölkəmizin qlobal nüfuzu getdikcə artır

Azərbaycanın müttəfiqləri ilə birmənalı mövqe nümayiş etdirməsinin əsas səbəbi dünyada müsbət imicə sahib olmasındır. Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında ölkəmizin xarici siyasətinin əsasını təşkil edən prinsiplərdən danışarkən onları çox açıq siyasət adlandırıb.

Siyasi şərhçilər qeyd edir ki, "Sözünə bütöv olmaq" prinsipi Azərbaycanın müttəfiqləri ilə əməkdaşlığında əsasdır. Həmçinin qarşılıqlı əməkdaşlıq zamanı beynəlxalq qanunlara əməl olunması ölkəmizi beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanıtmışdır. Siyasi, iqtisadi diplomatik sahələrdə qazanılan uğurlar isə qalib Azərbaycanın gücünü reytinqini daha da artırıb. İki il əvvəl döyüş meydanında qazandığımız tarixi qələbəmizin siyasi müstəvidə daha da möhkəmləndirilməsinə nail olduq, lakin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsi həllini tapmayıb. Çünki Vətən müharibəsinin başa çatmasından iki ildən artıq vaxt keçməsinə baxmayaraq, Ermənistan sülh müqaviləsinin imzalanmasından hələ yayınır. Bu istiqamətdə bir neçə dəfə üçtərəfli dördtərəfli görüşlər keçirilsə, hətta, bu görüşlərdə Azərbaycanın irəli sürdüyü beş baza prinsipi qəbul edilsə , Ermənistan tərəfi sülh müqaviləsini imzalamır. Halbuki, Azərbaycanın irəli sürdüyü 5 baza prinsipinə Ermənistan rəhbərliyi razılığını bildirmişdi.

Ermənistan bir sıra anti-Azərbaycan qüvvələri qarapiar kampaniyalarını davam etdirirlər. İkinci Qarabağ müharibəsi dövründə bu münasibətlər açıq şəkildə özünü büruzə verirdi. ABŞ-ın "Fox News" televiziya kanalının əməkdaşı Prezident İlham Əliyevə belə bir sual ünvanlamışdı: "Bir çox məlumatlara görə, sentyabrın 27- - müharibənin bu ən son mərhələsində Dağlıq Qarabağ regionunda nisbi sülh var idi, müəyyən növ diplomatik çərçivə var idi, insanlarda bu münaqişənin həll edilməsi ilə bağlı ideya var idi, lakin sizin qüvvələr döyüşlərə başladı. Nəyə görə Siz indi hərəkətə keçməyə qərar verdiniz?", həmçinin Fransanın "Figaro" qəzeti: "Cənab Prezident, birinci sualım belədir, nəyə görə Siz sentyabrın 27- Dağlıq Qarabağa qarşı hücuma keçmisiniz bu hərbi hücumun siyasi məqsədləri nədir?", - deyə sual ünvanlamışdı.

Bununla da jurnalist ümumi məlumatlandırıcı sual vermədən birbaşa ittihama keçir "fürsət" tapıb Azərbaycanın İkinci Qarabağ müharibəsində hücum edən tərəf olduğunu dünyaya göstərməyə çalışırdı. Lakin dövlət başçımız İlham Əliyev kifayət qədər tədbirli hazırlıqlıdır "Fox News" televiziyasının əməkdaşına da belə cavab vermişdi: "Sentyabrın 27- döyüşlərə başlayan Azərbaycan olmamışdır. Bu vaxta kimi heç bir ölkənin rəsmi nümayəndəsi bu məsələni bizim qarşımızda qaldırmayıb. Sentyabrın 27- hücuma keçən Ermənistan olmuşdur məqsəd danışıqlar prosesini tamamilə pozmaq idi".

"Figaro" qəzeti öz sualına "istədiyi" cavabı ala bilməmişdi: "Biz sentyabrın 27- Dağlıq Qarabağa qarşı hərbi hücuma keçməmişik, Ermənistan Azərbaycana qarşı hərbi hücuma keçmişdir. Bu hərbi hücumun ilk saatlarında bizim mülki şəxslər hərbi qulluqçularımız arasında qurbanlarımız olmuşdur".

Xarici media nümayəndələri bu sualları verərkən Azərbaycanı öz ərazilərini işğaldan azad edən ölkə kimi yox, sanki başqa bir dövlətin torpaqlarına hücum edən tərəf kimi göstərməyə çalışırdılar. Prezident İlham Əliyev isə ermənilərin dünyada Azərbaycan barədə yanlış təsəvvür yaratmaq cəhdinin qarşısını layiqincə ala bildi.

Azərbaycana ünvanlanan başqa bir ittiham da respublikamızın guya müharibəyə xarici ölkələrdən muzdlu döyüşçüləri cəlb etməsi ilə bağlı idi. Hətta bu məsələni Fransa Prezidenti E.Makron da iddia etmiş, lakin ortaya bir fakt qoya bilməmişdi. Çünki bu məsələdə o da sarı mətbuatın yaydığı yalan xəbərlərə istinad etmişdi. Əsassız olan bu kimi iddialar isə Azərbaycanın nüfuzuna əsla xələl gətirə bilməz.

Azərbaycan regionun lideri beynəlxalq təşəbbüslərin müəllifidir. Ölkəmiz əldə etdiyi uğurlar qazandığı tərəfdaşlar sayəsində dünyanın siyasi arenasında öz statusunu yüksəldib. Azərbaycan həm regionda, həm qlobal miqyasda yüksək nüfuza malikdir.

Töhfə SƏMƏDOVA,

"Respublika".