Ombudsman Aparatı və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən birgə seminar təşkil olunub
Digər xəbərlər

Ombudsman Aparatı və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən birgə seminar təşkil olunub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə “Beynəlxalq Minatəmizləmə Standartları (IMAS) ilə tanışlıq. Mina qurbanlarına dəstək” mövzusunda seminar təşkil olunub. Tədbirdə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri, beynəlxalq ekspertlər, BDU-nin tələbələri və Ombudsman Aparatının əməkdaşları iştirak ediblər.

23 iyun Ombudman Aparati məlumat verir ki, seminarın məqsədi minaların insan həyatına yaratdığı təhlükələr barədə ictimai məlumatlılığın artırılması, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində partlamamış minaların təmizlənməsi ilə bağlı həyata keçirilən fəaliyyətlə tanışlıq və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi olub.

Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Beynəlxalq Qızıl Xaç Komitəsinin ölkəmizdəki Nümayəndəliyinin başçısının əməliyyatlar üzrə müavini İqnasiyo Kasares Qarsiya açılış nitqi ilə çıxış edərək seminarın işinə uğurlar arzulayıblar.

Çıxışında Səbinə Əliyeva Azərbaycanın üzləşdiyi mina problemləri haqqında ətraflı məlumat verib. İşğal dövründə Ermənistan tərəfindən torpaqlarımızda mina terroru törədildiyini, beynəlxalq humanitar hüquq normalarının kobud şəkildə pozulduğunu qeyd edib. Hələ də mina və hərbi sursatların partlaması nəticəsində hərbçilərin və mülki şəxslərin həlak olduğunu bildirib.

“Respublika”.