Ötən gün Azərbaycanda COVID-19 əleyhinə 230 doza vaksin vurulub
Səhiyyə

Ötən gün Azərbaycanda COVID-19 əleyhinə 230 doza vaksin vurulub

Martın 1-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 230 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 79, ikinci doza vaksinlərin sayı 69, üç və daha çox doza vaksinlərin sayı 69, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 13-dür.

Azərbaycanda indiyə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 949 min 197, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 404 min 248, ikinci mərhələ üzrə 4 milyon 879 min 46, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 400 min 273, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 265 min 630-dur.        

 

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 40 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 40 yoluxma faktı qeydə alınıb, 29 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 828 min 588 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 818 min 310 nəfər müalicə olunaraq sağalıb, 10 min 119 nəfər vəfat edib. Aktiv xəstə sayı 159 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 49, indiyə qədər isə ümumilikdə 7 milyon 526 min 899 test icra olunub.