Pakistanda bombalı hücum
Dünya xəbərləri

Pakistanda bombalı hücum

Pakistanın Pişəvər şəhərində terror aktı baş verib.

“Respublika” “Hürriyyət”  nəşrinə istinadən xəbər verir ki, bomba partlaması nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb.

Pakistanın şimalındakı Hayber Paxtunxva əyalətinin Pişəvər şəhərində təhlükəsizlik qüvvələrinə məxsus avtomobilə edilən hücum nəticəsində 1 nəfər ölüb, o cümlədən 8 təhlükəsizlik işçisi olmaqla ümumilikdə 11 nəfər yaralanıb.

Partlayışın əl üsulu ilə hazırlanan bombanın səbəb ola biləcəyi bildirilsə də, faktiki səbəbin bomba zərərsizləşdirmə qrupunun hesabatında müəyyən ediləcəyi qeyd edilib.

Musa Bağırlı,

“Respublika”.