Sistan və Bəlucistan əyalətlərində güclü zəlzələ baş verib
Dünya xəbərləri

Sistan və Bəlucistan əyalətlərində güclü zəlzələ baş verib

İranın Sistan və Bəlucistan əyalətinin Məscid Həzrət Əbülfəzl bölgəsində ötən gecə ard-arda iki zəlzələ baş verib. 

“Respublika” xəbər verir ki, bu barədə İranın Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələnin episentri 59,32 dərəcə uzunluq və 28,16 dərəcə enlikdə yerləşib. 

Sistan və Bəlucistan əyalətinin Böhran İdarəetmə İdarəsinin rəisi Məcid Mohebbinin sözlərinə görə, təbii fəlakət nəticəsində dağıntı və ölüm halları qeydə alınmayıb. 

Jalə QASIMZADƏ, 
“Respublika”.