Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana rəsmi səfərə gəlib
Siyasət

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana rəsmi səfərə gəlib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 14- Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov digər rəsmi şəxslər qarşıladılar.