Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Sosial həyat

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15- Fəxri xiyabana gəlib.

AZƏRTAC xəbər verir ki, Məhəmməd Şahbaz Şərif xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.