Pedaqoji Universitet məzunların işlə təmini sorğusunda birinci yer tutdu
Elm və təhsil

Pedaqoji Universitet məzunların işlə təmini sorğusunda birinci yer tutdu

ADPU-nun mətbuat katibliyindən verilən məlumatda bildirilir ki, Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Məktəb guşəsi” təhsil portalının məzunların əmək bazarında məşğulluğunun təmin edilməsi ilə bağlı keçirdiyi sorğunun yekunları ilə bağlı görüş keçirilib. Portal tərəfindən “Hansı universitetin məzunu əmək bazarında daha tez iş tapa bilir? mövzusunda keçirilən virtiual sorğusunun nəticələrinə əsasən, ADPU böyük fərqlə qalib seçilib.

Tədbirdə ADPU-nun rektoru professor Cəfər Cəfərov, millət vəkilləri Ceyhun Məmmədov, Fazil Mustafa və Arzu Nağıyev, təhsil ekspertləri professor Şahlar Əsgərov və digər qonaqlarla bərabər ADPU-nun müvafiq struktur rəhbərləri iştirak ediblər.

Qonaqlar əvvəldə universitetdə yay imtahan sessiyasının gedişini izləyib, şifahi imtahanların təşkili ilə yaxından tanış olublar.

Rektor prof. Cəfər Cəfərov giriş sözü ilə çıxış edərək, qonaqları salamlayıb və Pedaqoji Universitetdə tədrisin keyfiyyətinin artırılması və məzunların əmək bazarında izlənilməsi mexanizmləri haqqında məlumat verib. Qeyd olunub ki, ADPU üzrə ixtisaslara uyğun məşğulluq səviyyəsi son 5 ilin nəticələrinə görə, təxminən 76  faiz təşkil edir.

“Respublika”.