Naxçıvanda II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir
Elm və təhsil

Naxçıvanda II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir

Bu gün Dövlət İmtahan Mərkəzi Naxçıvanda II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı və III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahan keçirir. 

"Respublika" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Naxçıvan Regional Bölməsindən məlumat verilib. Bildirilib ki, imtahanlar Naxçıvan şəhərindəki 11, 12 və 15 nömrəli tam orta məktəblərdə keçirilir. 

Prosesə 12 imtahan rəhbəri və 99 nəzarətçi cəlb olunub. İmtahanlarda 900-dən artıq abituriyent iştirak edir.