Peşəkar, yenilməz və müzəffər ordu
Siyasət

Peşəkar, yenilməz və müzəffər ordu

Birgə təlimlər Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə modelinə uğurlu keçidində mühüm amildir

"Mən İkinci Qarabağ müharibəsindən sonra demişdim ki, Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək biz indi bunu əyani şəkildə görürük". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev iyunun 13- ölkəmizdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə mətbuata bəyanatında söyləyib. Dövlət başçısı bildirib ki, eyni zamanda, müdafiə müdafiə sənayesi sahəsində gələcək planlar haqqında danışdıq. Məmnuniyyətlə qeyd olundu ki, bu il 16 birgə hərbi təlim keçiriləcəkdir. Onlardan 6- artıq baş tutub.

Dünyada regionda cərəyan edən hərbi-siyasi proseslərin gərginləşməsi hər bir dövlətin təhlükəsizliyinin təminatçısı kimi ordu quruculuğu sisteminin daha sivil modern üslubda inkişafını tələb edən faktorlardan biri olaraq dəyərləndirilir. Müharibədən zəfərlə çıxan Azərbaycanda ordu quruculuğunun Türkiyə modelinə keçidi xüsusilə diqqətlə izlənilir. Azad edilmiş ərazilərdə dislokasiya olunmuş bölmələrin əməliyyat döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, həmçinin xüsusi şəraitdə döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə əməliyyat (komando) hərbi hissələri yaradılıb.

İki qardaş ölkə hərbi sahədə fəal əməkdaşlıq edir. Bu gün Azərbaycanın çox güclü ordusu var hər bir vətəndaş ordumuzla qürur duyur.

44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi ordu quruculuğu sahəsində görülən işlərin nəticəsidir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu istiqamətində ardıcıl məqsədyönlü tədbirlər həyata keçirilir, səmərəli nəticələr əldə olunur. Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Azərbaycan Silahlı Qüvvələri quruda, suda havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı müasir silahlı qüvvələri sayılır. Azərbaycan ilə Türkiyə dövlətləri arasında hərbi sahədə əməkdaşlıq isə hər kəs üçün nümunədir.

Azərbaycanla Türkiyə əsl müttəfiqlik nümunəsi ortaya qoymaqdadır. Bu strateji tərəfdaşlığın ən mühüm istiqamətlərindən biri olan hərbi əməkdaşlıq məsələsi iki qardaş ölkənin Silahlı Qüvvələrinin yeni situasiyada birgə fəaliyyəti üçün yeni perspektivlər vəd edir. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci il iyunun 15- imzaladığı Şuşa Bəyannaməsində hər iki ölkənin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə ikitərəfli çoxtərəfli formatlarda həmrəylik qarşılıqlı yardım prinsiplərindən çıxış edilməsi xüsusi vurğulanır. O cümlədən sənəddə Azərbaycanla Türkiyənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması modernləşdirilməsi istiqamətində birgə səylərin davam etdirilməsi vurğulanır. Bütün bunlar da ordularımızın birgə təlimlərini şərtləndirən hüquqi bazadır. Keçirilən birgə təlimlər Azərbaycan Ordusunun Türkiyə ordu modelinə keçidi prosesinin daha uğurla reallaşmasına xüsusi təsirini göstərir. Azərbaycan Ordusu, o cümlədən xüsusi təyinatlılarımız NATO standartlarını mənimsəyərək peşəkarlıqlarını yüksək səviyyəyə çatdırıb.

Birgə təlimlərin keçirilməsi artıq ənənə halını alıb. Azərbaycan dost tərəfdaş ölkələrlə davamlı olaraq birgə hərbi təlimlər keçirir. Bu sırada ilk yerdə məhz Türkiyə gəlir. Təkcə ötən bir il ərzində birgə hərbi təlimlər davamlı olub. Azərbaycan Türkiyənin müxtəlif qoşun növlərini təmsil edən birləşmələrinin "Mustafa Kamal Atatürk-2021", "Anadolu Qartalı-2021", "Sarsılmaz Qardaşlıq-2021", "EFES", "Anadolu Ankası", "Qış Təlimi", "Anadolu Ulduzu", "Erciyes-2019", "Anadolu Qartalı", "Mustafa Kamal Atatürk", "Sarsılmaz Qardaşlıq", "TurAz Qartalı-2019", "TurAz Qartalı-2020" "Heydər Əliyev-2020", Konyada keçirilən "Anadolu Qartalı-2021" adlı, eyni zamanda Azərbaycan, Türkiyə Pakistanın xüsusi təyinatlılarının "Üç qardaş-2021" hərbi təlimləri, həmçinin Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycan, Türkiyə Gürcüstan hərbi qulluqçularının iştirakı ilə "Eternity-2021" kompüter dəstəkli komanda-qərargah təlimi keçirilib. İki dövlətin hərbçilərinin iştirakı ilə keçirilən "Qardaş yumruğu" birgə hərbi təlimləri qardaşlığımızın sarsılmazlığını bütün dünyaya bir daha nümayiş etdirdi. Azərbaycan Ordusu Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim cənub sərhədləri boyu əraziləri əhatə edib.

Azərbaycan Türkiyə birgə taktiki təlimlərin keçirilməsi Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin peşəkarlığını, yüksək döyüş hazırlığını göstərir. Hərbi təlimlər sübut edir ki, Azərbaycan Ordusu Vətən müharibəsində sərgilədiyi yüksək döyüş hazırlığını qoruyub saxlamaqda uğurla inkişaf etdirməkdədir. Hər zaman Azərbaycan-Türkiyə birgə təlimləri hər hansı üçüncü bir dövlətə qarşı yönəlməyib heç kim üçün təhdid təşkil etmir, güclü ordu dövlətçiliyin müstəqilliyin rəmzidir. Hərbi təlimlər hər iki ölkədə reallaşdırılır bu təlimlər regionun təhlükəsizliyi üçün olduqca önəmli amildir. Azərbaycana ya Türkiyəyə qarşı məkrli planları olanlar unutmamalıdır ki, türk ordusu tək deyil, orada, həmçinin bizim ordu da var. Bizim ordu isə tək deyil, o cümlədən orada türk ordusu da var. Prezident İlham Əliyevin sərhədimizdə təxribatlar planlaşdıranlara, bizi qorxutmağa çalışanlara bu mesajı hər kəs üçün dərs olmalıdır.

Bunun davamı olaraq Türkiyənin Konya şəhərində keçirilən "Anatolian Phoenix-2023" ("Anadolu Ankası-2023") beynəlxalq axtarış-xilasetmə təlimi, Hərbi Hava Qüvvələrinin pilotları vəzifələrini uğurla başa çatdırıblar. Beynəlxalq təlimin növbəti mərhələsində paraşüt hazırlığı patrul fəaliyyəti üzrə müxtəlif tapşırıqlar yerinə yetirilib. Əsas diqqət şəxsi heyətin paraşütlərdən istifadə bacarıqlarının təkmilləşdirilməsinə, həmçinin onların döyüş xüsusi hazırlıq səviyyəsinin daha da artırılmasına yönəldilib. Qarsda keçirilən "QIŞ-2023" "Heydər Əliyev-2023" təlimləri hərbi əməkdaşlığımızın ən parlaq nümunəsidir. "Anadolu Qartalı-2023" təlimlərində Azərbaycan Ordusu 47 nəfərlik şəxsi heyət, 2 hərbi təyyarə, Qarsdakı təlimdə isə 94 nəfərlik şəxsi heyət 27 nəqliyyat vasitəsi iştirak edib. Təlimlərdə ölkəmizi Hərbi Hava Qüvvələrinin pilotları, texniki heyəti aviasiya vasitələri ilə yanaşı, Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçuları təmsil edib. Keçirilmiş birgə taktiki təlimlərdə hər iki ölkə ordularının hərbi qulluqçuları bölmələri yüksək peşəkarlıq bacarıq göstərib, birgə fəaliyyətlərin planlaşdırılmasında icrasında qərargahların bölmələrin şəxsi heyəti əvvəlki təlimlərdə əldə etdikləri təcrübələrini artırıb, hər iki ölkənin milli maraqlarından irəli gələn strateji məqsədlərə nail olmaq üçün qarşıya qoyulmuş tapşırıqların öhdəsindən layiqincə gəlməyə hazır olduqlarını nümayiş etdiriblər.

Eyni zamanda Azərbaycan Ordusunun Türkiyə ilə birgə hərbi təlimləri əməkdaşlığa, bölgədə sabitliyə təhlükəsizliyə xidmət edir. Azərbaycanla Türkiyə arasında birgə hərbi təlimlərin keçirilməsi hərbi əməkdaşlığın mühüm elementlərindən biridir. İki ölkə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki taktiki-uçuş təlimləri keçirilir. Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları minaatanları, həmçinin hərbi aviasiya hava hücumundan müdafiə vasitələri cəlb edilir. Təlimlərin əsas məqsədi iki ölkənin silahlı qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirməklə koordinasiyanı inkişaf etdirmək, bölmələrin hazırlıq əməliyyatları icraetmə qabiliyyətini yüksəltməkdir. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın hərbi təlim iştirakçılarına ünvanladıqları müraciətlər hərbçilərimizi daha da ruhlandırır, onlara mənəvi güc verir.

Mustafa KAMAL,

"Respublika".