Putin Türkiyəyə səfər edəcək
Dünya xəbərləri

Putin Türkiyəyə səfər edəcək

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb. Liderlər taxıl dəhlizini müzakirə ediblər.

“Respublika” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb

Bildirilib ki, iki lider Putinin Türkiyəyə səfəri ilə bağlı razılığa gəliblər.

Ərdoğan Qara Dəniz Təşəbbüsünün uzun müddət fəaliyyət göstərməməsinin heç kimin xeyrinə olmayacağını qeyd edib.

Musa Bağırlı,

“Respublika”.