Qarabağ Regional DOST Mərkəzi vətəndaşların  xidmətində
Sosial həyat

Qarabağ Regional DOST Mərkəzi vətəndaşların  xidmətində

Bərdə şəhərində yerləşən Qarabağ Regional DOST Mərkəzində vətəndaşlara xidmət göstərilməsinə başlanıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən “Respublika”ya verilən məlumata görə, Qarabağ Regional DOST Mərkəzində məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində “bir pəncərə” prinsipi ilə 15 istiqamət üzrə 159 xidmət göstərilir.

Prezident İlham Əliyevin iştirakı ilə bu günlərdə açılışı olan Mərkəzin dördmərtəbəli binası ən yüksək tələblərə cavab verir. Burada 123 işçi çalışır, “Könüllü DOST” proqramı üzrə 50 könüllü fəaliyyət göstərir. Mərkəzdə gün ərzində orta hesabla 650-700 vətəndaşın qəbulu nəzərdə tutulur.  Qarabağ Regional DOST Mərkəzinin əhatə dairəsinə 9 inzibati rayon daxildir. Burada ümumilikdə 900 mindən çox əhaliyə xidmət göstəriləcək. Onlardan 170 mini bilavasitə sosial müdafiəyə cəlb olunan şəxslərdir.

M.Mustafayev,

“Respublika”