QARABAĞIN MİNERAL SU MƏNBƏLƏRİ
İQTİSADİYYAT

QARABAĞIN MİNERAL SU MƏNBƏLƏRİ

Suyun insan üçün önəmi çox böyükdür. Su insan orqanizmindən toksinlərin atılmasına metabolizmin düzgün işləməsinə kömək edir. Eyni zamanda suyun yararlı mineral vitaminlərlə zəngin olması qidalanmanın vacib hissəsini təşkil edir. Lakin bu əvəzsiz maye təkcə insan üçün yox, həmçinin torpaq, bitkilər üçün çox əhəmiyyətlidir. Bir çox sənaye sahələrində, məsələn, enerji, kimya, metal işləməsi s. sahələrdə suyun tətbiqi mühüm rol oynayır. Planetin 70 faizinin su ilə əhatə olunmasına baxmayaraq, 80-dən artıq ölkə içməli su qıtlığı ilə üz-üzədir.

 Suyun dəyərli bir təbii resurs olduğu göz önündədir, onun qorunması təmin edilməsi çox vacibdir. Bu məqsədlə, suyun təmiz qalması qorunması üçün bəzi qaydalar tətbiq edilməlidir. Bunlardan biri, sənaye sahələrində suyun texniki cihazlarla təmizlənməsidir. Həmçinin, suyun təminatı üçün yeni texnologiyalardan istifadə edilməlidir. Buna əlavə olaraq, suyun təmiz qalması üçün insanlar tullantı zərərverici maddələri suya atmamalıdır.

İqlim dəyişikliyi su təchizatının azalmasına su qıtlığı problemlərinin artmasına səbəb olur. İqlim dəyişikliyinin nəticəsi olaraq, yağışların yağma səviyyəsi aşağı düşür bu da su təchizatını azaldır.

Son bildirilən məlumata əsasən 2050-ci ildə içməli su ehtiyatına tələbatın daha 30 faiz artacağı təxmin edilir. Bu problemlə qarşı-qarşıya qalan insanların sayı isə təxminən 3 milyarda çatacaq. Çaylar, göllər yeraltı su qaynaqları tədricən quruyur ya çirklənir. Bunun nəticəsi olaraq, su qıtlığı sürətlə artır. Təəssüf ki, Azərbaycan da şirin su ehtiyatlarının məhdud olduğu ölkələr sırasındadır. Buna əsas səbəblərdən biri isə iqlim dəyişikliyidir. Əhaliyə verilən suyun keyfiyyətli, təhlükəsiz, dayanıqlı olması məqsədilə artıq bir neçə ildir su mənbələrində tədqiqat işləri aparılır. Gədəbəy, Şəki, Horadiz, Lerik şəhərlərində su hovuzları yaradılıb. Göygöl şəhərində suyun keyfiyyətinin yaxşılaşdırılması üçün 6 km uzunluğunda su kəməri çəkilib, Tovuz şəhəri üzrə isə Zəyəmçayda sugötürücü qurğu inşa edilib. Bir çox böyük şəhərlərdə qurğular qurulub istismara verilib. Bununla yanaşı, 3 mindən çox yaşayış məntəqəsinin içməli su təchizatının vəziyyəti qiymətləndirilib. Həmçinin Qobustan, Ağsu, Şamaxı, Ağcabədi, Beyləqan rayonlarının su təminatı zəif olan bir sıra yaşayış məntəqələrinin təchizatları yaxşılaşdırılıb. Artıq demək olar ki, regionlarda əhalinin içməli su ilə bağlı çətinliklərinin böyük bir hissəsi həllini tapıb. Regionlarda həyata keçirilən irihəcmli layihələr nəticəsində yaxın böyük şəhərlər bundan faydalanaraq istifadə edir. Buna misal olaraq onu deyə bilərik ki, ümumi sututumu 270 milyon kubmetr olan Taxtakörpü su anbarı Azərbaycanın ən hündür torpaq bəndli su anbarıdır. Buna əsasən Bakı Bakıətrafı ərazilərin su ilə təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşıb.

Qarabağ bölgəsində mühüm işlər gedir. Təəssüf ki, 2020-ci ilə qədər düşmən ölkə illərdir Suqovuşan, Sərsəng, Xaçınçay Su Anbarı, Xudafərin, Füzulidə Köndələn çayının üzərində 3 kaskad anbarları istismar edib. Bunlar arasında ən önəmlisi məhz Sərsəng Su Anbarıdır. Belə ki, Sərsəng Su Anbarı ən əlverişli yerdə tikilib. Bundan istifadə edən ermənilər Tərtərə su lazım olanda suyu kəsib, daşqın olanda, suya ehtiyac olmayanda isə su verərək əkin sahələrinin, meyvə tərəvəzin məhv olmasına səbəb olub.

Azərbaycanın ən təmiz, saf zəngin su yataqları məhz Qarabağ bölgəsində, Kəlbəcər Laçındadır. Lakin düşmən ölkə bütün evləri, abidələri, dini məkanları dağıtmaqla yanaşı, təbii sərvətlərimizə, su yataqlarımıza ciddi ziyan vurub ya məhv edib. Kəlbəcər rayonundakı içməli su mənbələri işğal dövründə istifadəyə yararsız vəziyyətə salındığından "Azərsu" ASC tərəfindən qısa müddətdə Zvel Qaraxaç çaylarının birləşdiyi nöqtədə suqəbuledici qurğular quraşdırılıb. Bunun nəticəsidir ki, artıq həmin ərazi içməli su mənbəyi kimi istifadə edilir. Həmçinin Kəlbəcər şəhərinə çəkilmiş mövcud 27 km uzunluğunda 220 mm diametrli polad magistral su kəmərinin 96 nöqtəsində qəzalı hissələr təmir edilib. "Azərsu" ASC həmin ərazilərdə təxirəsalınmaz tədbirlər görərək şəhərə suyun verilməsinə, hərbi mülki təyinatlı obyektlərin su ilə təmin olunmasına nail olub.

Qarabağ bölgəsində yerləşən bəzi yeraltı sularında radioaktiv elementlər mövcuddur. Çaylarda ən çox yayılan radioaktiv element olaraq radon qazını göstərmək olar. Əgər suda radon qazı varsa, bu, onun müalicəvi əhəmiyyətini yüksəldir. Ümumiyyətlə, dünyada radonlu sulara nadir hallarda rast gəlinir. Azərbaycan şəraitində isə bu cəhətdən Kəlbəcər Laçın rayonları əsas diqqət mərkəzindədir.

Hazırda Qarabağın saf su ocaqlarında, Kəlbəcər Laçında işlər davam edir. Həmçinin 2021-ci ildə artıq "Kəlbəcər-1" Kiçik Su Elektrik Stansiyasının da açılışı olub. Açılışda iştirak edən Prezident İlham Əliyev birinci xanım Mehriban Əliyeva görülən işlərlə tanış olub dövlət başçısı stansiya haqqında məlumat verib: "Bu tədbirə qədər Lev çayı üzərində su elektrik stansiyasının tikintisi ilə tanış oldum. Orada generasiya gücü 4,4 meqavatdır. Biz artıq Güləbird Su Elektrik Stansiyasını işə saldıq, orada 8 meqavatdır, o, Laçın rayonundadır. Suqovuşan Su Elektrik Stansiyası da təmir olundu, yenidən quruldu, orada da 7,8 meqavatdır. Yəni görün, biz artıq 20 meqavatdan çox elektrik enerjisini alternativ mənbələrdən hasil etməyə başlayırıq bu hələ başlanğıcdır. Ermənilər bu bölgələri tərk edərkən bütün su elektrik stansiyalarını məhv etdilər, dağıtdılar. Biz onları bərpa edəcəyik. Güləbird, indi isə Lev çayı üzərində digər su elektrik stansiyaları onların sayını tədricən təxminən 20- çatdıracağıq, bəlkə 30-a çatdıracağıq, amma tədricən. Beləliklə, bizim enerji potensialımız da güclənəcək. Qarabağ Şərqi Zəngəzur "yaşıl enerji" zonası kimi yaşayacaq bizim bütün planlarımız yerinə yetiriləcək. Cəmi 7-8 ay ərzində bu qədər işin görülməsi bizim gücümüzü göstərir, əzmkarlığımızı göstərir, güclü siyasi iradəni göstərir".

Kiçik Qafqazda ən çox nəzərəçarpan ərazilər İstisu-Kəlbəcər hidrotermal ərazidir. Kəlbəcərdən Ermənistandakı Cermuk sularına kimi 50 kilometr məsafədə 5 qrup eyni tipli isti sulara təsadüf edilir: Bağırsaq, Yuxarı İstisu, Aşağı İstisu, Kəlbəcər suları Cermuk. Suların kimyəvi tərkibləri mürəkkəbdir. Yüksək temperaturu olan bu sular dünyada nadir tapılan qiymətli növlərdəndir. Laçın rayonunda isə hidrotermal ilıq sular yerləşir. Sutka ərzində təqribən 2 milyon litrə kimi su çıxan bu ərazilərdə temperatur nisbətən alçaq olur. Bu suların temperaturunun mənşəyi elmə hələ maraqlıdır. Bu bölgədə kurortların ekoturizmlərin yaradılması ən aktual məsələlərdən biridir. Həmin ərazilərdə hələ axtarışlar davam edir 16 mineral su bulağı artıq öyrənilib. Əlbəttə, gələcəkdə bu yerlərdən istifadə edərək təbii təbabət üsullarından faydalanmaq olar. Həmçinin dünyada nadir olan bu sulara turistlərin böyük marağının yaranacağı məlum məsələdir. İlıqsu, Turşsu, Laçın bulaqlarından geniş istifadə edib, ekoturizm marşrutlarının genişləndirilməsi nəzərdə tutulub. Şübhəsiz ki, Qarabağın dağlıq hissəsinin saf bulaqları Kislovodsk, Abastuman hətta İsveçrə, İtaliya kurortlarından üstündür. Qarabağın isti sularının tükənməz ucuz istilik enerjisindən sənaye kənd təsərrüfatında, kommunal işlərdə elektrik qüvvəsi istehsalında istifadə mümkündür.

Töhfə SƏMƏDOVA,

"Respublika".